"Beləliklə, qalıcı olan üç şey var: iman, ümid və sevgi. Bunların da ən üstünü sevgidir." (Korinflilərə Birinci Məktub 13:13)
Tuesday, May 18, 2010
İnanclı Təhsil
Günümüzdə Xristian dini təhsili bu inanc üzrə ixtisaslaşmış müəssisələrdə, seminariyalarda verilir. Xristian dini təhsili bir neçə ünsürə dayanır. Bunlara teologiya, bibləvi tənqid və ruhi formalaşma daxildi. Teologiya inanc baxış bucağından Müqəddəs Kitabın anlaşılması və Tanrı – varlıq ilişkilərinin araşdırılmasını içərir. Bibləvi tənqid, Bibliyanın fərqli metodları tətbiq edərək araşdırılmasına və öyrədilməsinə deyilir. Bibləvi tənqid, adından da göründüyü kimi, Bibliyanın fərqli baxış bucaqlarından çək-çevir edilməsini (dini, qeyri-dini, elmi, naturalist və s.) anladır. İslam təhsil müəssisələrindən fərqli olaraq, Bibliyanın sekulyar-ateist nöqteyi-nəzərdən, elmi-tarixi və s. yanaşmalarla da öyrədilir və Bibliyanı tənqid etmək də bunun bir parçasıdı - bir çox seminariyalarda bunlara yer verilir.
Ruhi formalaşma inanc və inanca dayanan yaşamla bağlı müəyyən vərdişlərin formalaşdırılmasını, şəxsiyyətin dini baxış bucağıdan yetişdirilməsini, mənəvi məsələləri içinə alır.
Bu əsas ünsürlərin özünün daxilində də bölünmələr var və seminariyanın məqsədindən, təhsildə önəm verdiyi güclü yönlərindən, tarixi ənənələrindən, dəstəklədiyi siyasəi axın və ideologiyadan asılı olaraq sonsuz sayda variasiyaları ortaya çıxır.
Məsələn, teologiya özü, modern-liberal teoloji ənənənin atası hesab olunan Şleyermaxerdən bu tərəfə fəlsəfi teologiya, tarixi teologiya, sistematik teologiya (doqmatik teologiya, bəzi ölkələrdə fundamental teologiya adlanır) və praktiki teologiyaya bölünür və tələbələr də bunları öyrənirlər. Bibləvi tənqid ünsürü daxilində tələbələr yunanca, ibranicə, mətnşünaslıq, bəzən bibləvi arxeologiya və s. öyrənirlər. Liberal seminariyalarda çağdaş dönəmin problemləri və inancın onlara uyğunlaşdırılması mərkəzi yer alır. Mühafizəkar seminariyalarda isə təhsil daha çox Bibliyaya yönəlikdi. Bundan başqa hər ölkənin öz təhsil qanunları və müəyyən dini-tarixi gəlişmə özəllikləri olduğuna görə məsihilikdə dini təhsilin təşkili bir institut kimi ölkədən-ölkədən fərq edir. Məsələn, Rusiyada dini təhsil əsasən
Məncə, Azərbaycanda da ümumi Xristian dini təhsili verən və Azərbaycan üçün məsihilik sahəsində mütəxəssislər, o cümlədən din xadimləri hazırlayan seminariya qurmaq olar və buna ehtiyac var.
Bunun üçün, ölkədəki fərqli Məsihi qruplarının bir araya gəlməsi və dialoqa girməsi vacibdi çünki təhsil çoxlu enerji və resurs tükətir. Bundan başqa Azərbaycan kimi ənənəvi Xristian dini təhsilinin olmadığı və ya çox zəif, marginal olduğu yerdə mümkün qüsurları azaltmaq üçün də fərqli məsihi qruplarının əməkdaşlığına ehtiyac var.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment