Müqəddəs Kitabda ədalət mövzusunda bol-bol mülahizələr var. Bunların bəziləri hekayət, bəziləri şeir, digərləri isə məruzəyə bənzər şəkildə təqdim edilir. Bu mövzuya yanaşma da zəngidir. Məsələn, aşağıdakı məzmurda (məzmur 58) ədalət məsələsi, ədalətsizlərə müraciət bir ağı kimi verilir. Dolayısıyla bu, haqqı tapdanmışn haqqı tapdayana müraciəti və qarğışıdı. Daha bir nüans. Tərcümə mənim deyil. Azerincil.net səhifəsindən almışam və dəqiqliyindən əmin deyiləm.
“Ey qüdrətlilər, doğrudanmı ədalətlə danışırsınız? Bəşər övladları üçün insaflamı hökm çıxarırsınız?
Xeyr, qəlbinizdən fitnə-fəsad çıxır, Bu dünyada əlinizdən zorakılıq gəlir.
Pis adamlar ana bətnindən belə, azğındırlar, Çaşmışlar, doğulan gündən belə, yalançıdırlar.
Onlar əf’i ilan kimi zəhərlidir, Qulaqlarını tıxayan gürzəyə bənzəyir.
Onlar ilanoynadanın səsinə gəlmir, Usta bir ovsunçu onu ovsunlaya bilmir.
Ey Allah, onların ağızlarındakı dişlərini qır, Ya Rəbb, bu gənc aslanların dişlərini çıxar.
Qoy onlar su kimi axıb yox olsun, Kaman üstündəki oxlarının ucları qırılsın.
İlbiz kimi gedərkən ərisinlər, Ölü doğulan körpələr kimi günəş nuru görməsinlər.
Ocaqda qazanlarını qızdırmazdan əvvəl kol-kosları sovrulsun, Nə qurularından, nə də yaşlarından heç nə qalmasın.
Pislərdən qisas alındığını görən salehlər şad olacaq, Ayaqlarını onların qanına batıracaq.
İnsanlar belə deyəcək: «Bəli, salehlər var olar, Həqiqətən, dünyanın hökmranı olan bir Allah var!»”
No comments:
Post a Comment