"Beləliklə, qalıcı olan üç şey var: iman, ümid və sevgi. Bunların da ən üstünü sevgidir." (Korinflilərə Birinci Məktub 13:13)
Thursday, July 1, 2010
Vaiz və vəəz: şəxsi və içtimai
Bir Katolik kahinin vəəzindən nümunə. “Şübhə” adlı çox maraqlı bir film var, həmin filmdən bir parçadır. Bu fraqmentdə vaiz qiybət etməkdən və onun nəticələrindən bir misal-bənzətmə verərək danışır və bununla onun özünü ilgiləndirən bir şəxsi məsələni həll etməyə çalışır. Filmdə katolik məktəbində çalışan bəzi monaxinyalar (bu söz öz dilimizdə necə olur, ümumiyyətlə bunun qarşılığı varmı?) birmənalı şərhi mümkün olmayan faktlara dayanıb həmin bu katolik kahinin qiybətini edirlər. O da bazar günü ibadətində vəəz etmək fürsətini həmin bu problemi həll etmək məqsədilə istifadə edir. Bu kiçik fraqment həm də onun göstərir ki, vaizlər sadəcə ümumi məsələlər üzrə danışmazlar. Onların şəxsi hissləri, düşüncələri, onları şəxsən maraqlandıran məsələlər də vəəzin bir parçası halına gəlir. Yəni vəəz sadəcə ümumi və içtimai deyil, onun şəxsi ölçümü də var.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment