“9.Qoy məhəbbətiniz riyasız olsun. Pislikdən ikrah edin, yaxşılığa bağlanın. 10.Qardaşlıq sevgisi ilə biri-biriniz sevin. Hörmət göstərməkdə biri-birinizi qabaqlayın. 11.Səyiniz azalmasın, ruhunuz alovlu olsun. Rəbbə qulluq edin. 12.Ümidinizlə sevinin. Əziyyətdə dözümlü olun. Dayanmadan dua edin. 13.Ehtiyac içində olan müqəddəslərə yardım etməyə şərik olun. Qonaqpərvər olmağa səy göstərin.
14.Sizi təqib edənlərə xeyir-dua verin; lənət yox, xeyir-dua verin. 15.Sevinənlərlə sevinin, ağlayanlarla ağlayın. 16.Biri-birinizlə həmfikir olun; təkəbbürlü olmayın, məzlumlarla dostluq edin. Özünüzü ağıllı saymayın. 17.Heç kimə pislik əvəzinə pislik etməyin. Hamının gözündə yaxşı olan işlər görməyə diqqət yetirin. 18.İmkan daxilində bacardıqca bütün adamlarla sülh içində yaşayın. 19.Ey sevimlilər, heç kəsdən qisas almayın, Allahın qəzəbinə yer verin. Çünki yazılıb ki, Rəbb belə deyir: “Qisas Mənimdir, əvəzini Mən verəcəyəm”. 20.Əksinə, “düşmənin acdırsa, onu yedizdir, susuzdursa, ona su ver. Belə etməklə sanki onun başına köz tökərsən”. 21.Pislik sənə üstün gəlməsin, pisliyə yaxşılıqla qalib gəl.”
No comments:
Post a Comment