Bir qəhvə
fincanını,
Dodağınıza
yaxınlaşdıran anda,
Xatirələr,
Çağrılmamış
qonaq kimi
Xəyallarınıza
hopar?
Və ya yaşaya-yaşaya
Ölmək,
Ölə-Ölə
Yaşamaq
olar?
Və ya
itlər sizi,
Bir
şimpanzedən
Daha
çox anlar?
Hələ bu
harasıdı?
Bilirmisiniz ki,
Bağışlanmayan
günahlar olsa da
Bağışlanmayan
kimsə yoxdu?
Və ya
gedilən yolların sayı
O
yolları gedənlərdən çoxdu?
Bilirsiniz mi…
No comments:
Post a Comment