İlahiyə,
daha doğrusu, monoteist dinlərdəki yaxşı, tək, hər şeyi bilən və idarə edən ədalətli
Allaha qarşı nifrət mizoteizm adlanır.
Mizoteizm
ateizmə yaxındı, ancaq eyni deyil. Məncə bunların kəsişmə nöqtələri var,
bununla belə, ateizm İlahini fiksiya, olmayan birisi kimi xarakterizə edirsə,
mizoteizm Allahın varlığını qəbul edir. Bu mənada, mizoteist ilahinin varlığını
qəbul edən, ancaq ona ibadət yerinə ona nifrəti təlqin edən bir mövqedi.
Düzünü
desəm, mən İlahiyə nifrət etməyin mümkünlüyünü tam anlaya bilmirəm, çünki İlahi
bilavasitə hiss orqanları vasitəsilə qavranılan bir şey deyil. Allaha nifrət
etmək, bir növ mücərrəd bir şeyə, məsələn, 2+2=4 formulasına nifrətə bənzəyir.
Amma belə insanlar da var.
Allaha
nifrət etmək satanist olmaq, əxlaqsız olmaq, oğraşlıq eləmək anlamına gəlmir.
Yaxşılıq edən, əxlaqlı ateistlər olduğu kimi, xeyirxah mizoteistlər də var. Niyə
də olmasın?
Nəsə...bir mizoteistə rast gəlsəniz, onu daş-qalaq etməyin. Onu da İlahi yaradıb. Onun üzərində sizdən çox, onu öz surətində yaradanın haqqı var.
No comments:
Post a Comment