Tuesday, September 22, 2009

Bir Məsihidən müsahibə - 2

4. İlkin, Xristianlıqda İlahi anlayışını, İslamdakı İlahi anlayışı ilə müqayisə edərsənmi?
Bu iki tanrı anlayışı arasında böyük fərq vardır. Xristianlığın təbliğ etdiyi tanrı insanlardan ondan qorxmağı tələb etmir, münasibətdə vurğunu sevgiyə qoyur. Xristianlığın Allahı insanları parçalamağa deyil, birləşdirməyə cəhd edir. Yeni Əhdin heç bir yerində “xristian yalnız xristianla dost olmalıdır, kafirləri özünüzə dost tutmayın” kimi düşmənlik təbliğ edən ifadələrə rast gəlməsziniz. Xristianlığın Allahı kitablarını qoruyur və verdiyi sözlərə əməl edərək onların təhrif olunmasına imkan vermir.
Xristianlıqda Allah- Allah (simvolik olaraq Ata), Allahın Sözü (simvolik olaraq Oğul) və Allahın Ruhu (Müqəddəs Ruh) olaraq üç ipostasiyadadır və o üç ipostasiya bir substansiyadır. Xristianlığa görə Allahın Sözü (və ya Kəlamı) heç zaman yaradılmamışdır (çünki yaradılsa idi, belə çıxırdı ki, nə zamansa Allah Kəlamsız olub, bu isə mümkün deyil) və əzəldən olaraq Allahın Özü ilə olmuşdur, həmçinin Allahın Ruhu heç zaman yaradılmamışdır və əzəldən Allahda olmuşdur. Allahın Kəlamı və Allahın Ruhu da yaradılmadıqları üçün məxluq deyillər, Onlar məxluq olmadıqları üçün, Allahdan da başqa hər şeyin məxluq olduğu üçün, Allahın da Kəlamı və Ruhu ilahi təbiətə malikdir və Allahdır. Beləliklə tək, şəriksiz və vahid Allah üç ipostasiyada Özünü tam şəkildə ifadə edir.
Başqa dinlərdə insanlar Allaha doğru meyl edirlər, isəvilikdə isə Allah insanlara doğru meyl edir və bu çox böyük fərqdir. Allahın Kəlamı olan İsa insana çevrilərək həm də insani təbiəti qazanmış, bununla da yarıallah-yarıinsan yox, tam olaraq Allah və tam olaraq insan olmuşdur. İsa Məsih günahdan başqa bütün xüsusiyyətlərdə insanlarla bir olmuşdur, yer təlim etdiyi üç il ərzində bəşəriyyətə çox müdrik bir təlim bəxş edərək insanların günahları uğrunda qurban verilmişdir. Bəziləri soruşurlar ki, Allah necə çarmıxda əzab çəkə bilər. Bu suala cavab bundan ibarətdir ki, çarmıxda həmin əzabı çəkən İsanın insani təbiəti idi, İsa insan olaraq çəkirdi həmin əzabı və insan olaraq da çarmıxda vəfat edərək üç gündən sonra öz gücü ilə ölülərdən dirildi. Diriləndən sonra şagirdlərinə və bir çoxlarına göründü, onlarla ünsiyyətdə oldu və bir müddət sonra insani təbiətini də özü ilə saxlayaraq Allaha qayıtdı. Buna görə də Allah bəşəriyyəti o qədər sevdi ki, hətta öz yeganə Oğlunu bəşəriyyətin xilası üçün qurban verdi. Xristianlığın İlahı belədir.
İslamın tanrısı isə özünə qarşı qorxu hissini çox tələb edir, münasibətdə vurğunu qorxuya qoyur. Bəli, islamda Allah sevgisi də vardır, lakin qorxu sevgidən öndə gedir. Təəssüf ki, islamın tanrısı insanları parçalamağa, müsəlmanı qeyri-müsəlmana qarşı qoymağa meyllidir. Bunu Quran ayələrindən görmək olar. İslamın tanrısı ilahi kitabları, yəni Qurandan öncə göndərdiyini iddia etdiyi kitabları ya qoruya bilməyib, ya da qorumaq istəməyib. Nəticədə sual yaranır- haradan əmin ola bilərik ki, Quranın da aqibəti öncəki mifik kitabların aqibəti kimi olmayıb?
İslamda tanrı bir ipostasiyadan ibarətdir. Lakin bununla belə ortodoksal islam tərəfindən Allahın Kəlamı hesab olunan Quranın, yəni Qurandakı sözlərin, Kəlamların yaradılmadığı iddia olunur. İslam dinində də Allahın hər zaman Kəlama malik olduğuna inam vardır. Eləcə də islam dininə görə Allahın sifəti Allahdan ayrı deyildir və Allahın özüdür. Quranın da islama görə Allahın sifəti olduğunu, yaradılmamış olduğunu nəzərə alsaq, nəticədə Quranın da ilahi təbiətə malik olması qənaətinə gəlmiş olarıq, Allahdan başqa ilahi təbiətli yoxdur, nəticədə Quran da Allah olur, lakin islam bununla razılaşmır və nəticədə bu sahədə boşluq yaranır. Bu məsələ isə xristianlıqda çox önəmlidir, çünki Allahın Kəlamı yaradılmamış olduğundan Allah olduğu üçün Allahın Kəlamı olan İsa Məsih də Allahdır.
5. Səncə Məsihi kimə deyilir? Bir insanın həm müsəlman həm də Məsihi olması mümkündürmü? Mümkündürsə və ya deyildirsə cavabının necə və niyəsini açıqla.
Məsihi sözü ərəb mənşəli sözdür, bu sözün yunan mənşəli alternativi isə xristiandır. İsəvi sözü də bu sözlərin sinonimidir. İsa Məsihin ardıcılı olan, İsa Məsihə lazım olduğu kimi inanan, yəni düzgün inanan (çünki yeqovistlər, mormonlar, müsəlmanlar, bəhailər, munistlər, və hətta bəzi buddistlər də İsa Məsihə inanırlar) Onun təliminə əməl edən, Onun təliminə uyğun yaşayan insan məsihidir.
Bir insanın həm müsəlman, həm məsihi olması qeyri-mümkündür, çünki bu dinlər arasında çoxlu böyük fərqlər vardırlar. Məsihiyə yalnız linqvistik mənada, yəni Allaha təslim olmuş mənasında müsəlman demək olar, lakin Muhəmmədin qoyduğu təlimin ardıcılı mənasında yox.
6. Yaşadığın ölkədə səncə İsəvilərin xristian kimi ən önəmli problemləri hansılardır?
Azərbaycanda cəmiyyətin bir hissəsinin azərbaycanlı xristianlara qarşı fobiyası vardır, bu da Azərbaycan cəmiyyətinin plyuralizmdən və individualizmdən çox uzaq olmasından irəli gəlir. Cəmiyyət kor-koranə şəkildə ənənəvi fikirləri yaşatmaqda davam edir və bu ənənəvi fikirləri yaşlı nəsildən gənc nəslə ötürür, gənc nəsil də həmin ənənəvi fikirləri yaşadaraq gələcək nəsillərə ötürür və bu zəncirvarilik davam edir. Dialektikanın heç bir mərhələsini keçməyən cəmiyyətin bundan artıq olması mümkün deyil. Çünki Azərbaycanda atalar və oğullar problemi yoxdur, Azərbaycanda ancaq atalarvar və oğul da ata olaraq özündən öncə olan ataların bütün fikirlərini heç bir dəyişiklikliyə uğratmadan özünə alaraq gələcək nəsilərə ötürməklə məşğuldur və yalnız ataların olması, oğulların olmaması bunları illərlə yerində saymağa məhkum edir.
Nəticədə çoxları milliyyətlə dini aidiyyatın fərqini anlamır, hesab edirlər ki, azərbaycanlı gərək əcdadlarının dini olan islam dininə inansın. Maraqlıdır ki, əcdad dedikdə nəyə görəsə islamdan öncəki əcdadlar yada düşmür. Yəqin ki, bu da cəmiyyətdə geniş yayılmış ikili standartların formalarından biridir.
7. Azərbaycanda yerli kilsələr arasında münasibətlər necədir?
Yerli kilsələr arasında münasibətlər yaxşıdır.
Mən deyərdim ki, təkcə xristian idarələri arasında deyil, həmçinin Qafqaz Müsəlmanları idarəsi ilə də kilsələr arasında münasibətlər yaxşıdırlar və bu münasibətlər dostluğa doğru atılan addımlar üzərində qurulublar.
8. İlahinin varlığını sübut etmək mümkündürmü?
Allahın varlığını da, yoxluğunu da sübut etmək mümkün deyil. Allahın varlığına da, yoxluğuna da sadəcə inanmaq olar. Allahın varlığının xeyrinə gətirilən arqumentlərin heç biri fakt qüvvəsinə malik olmadığından onlara sübut demək olmaz. Sıfırdan başlasaq, tanrının və ya tanrıların varlıqlarına inam ətraf mühitin, təbiətin müşahidəsindən, seyrindən sonra yarana bilər. Misal üçün, əgər siz indi kompüter qarşısındasınızsa, siz əminsiniz ki, həmin kompüter kimlərsə tərəfindən düzəldilib. Həmçinin də bu dünya da həmin kompüter kimi kimlərinsə işinin nəticəsidir. Sonra tək tanrı prinsipi gəlir. Bu, həm asandır (çoxlu səbəblər üçün çoxlu tanrıların olmasına ehtiyac yaranır, hər dəfə yeni kəşflər edildikcə, yeni tanrılara da ehtiyac yaranır. Təsəvvür edin ki, əgər indiyə kimi çoxallahlı olaraq qalsaydıq, məncə indi texnologiya tanrısına ehtiyac olardı), həm də yaradıcı qüvvənin ideal olmasına inanmaq üçündür. Tək və şəriksiz olan Allahın hər şey yaratması, hər şeyi idarə etməsi və bu təkliyə və şəriksizliyə arqument şəklində yaradılanların bir-birinə möhtəşəm uyğunluğu (misal üçün, qidanın orqanizmə uyğunluğu, erkəyin və dişinin bədənlərinin bir-birilərinə uyğunluğu və sair) görünür. Beləliklə tək və şəriksiz Allah həm də İdeal Varlıqdır. Hətta politeist dinlərin çoxunda hər şeyi idarə edən baş tanrıya, ali qüvvəyə inam vardır.
Çox zaman belə bir sual verirlər ki, nə üçün elm təcrübələr sayəsində demək olar ki, hər şeyi sınaqdan keçirə bilir, istənilən fikrin və iddianın düzgün olub olmaması elmi təcrübələrlə sübut oluna bilər, lakin Allahın varlığı elmi yol ilə sübut oluna bilməz? Bu suala cavab çox sadədir- insan özünün hakim olduğu varlıqlar üzərində təcrübə keçir, onları laboratoriyada sınayır. Allah üzərində insanın hakimiyyəti olmadığı üçün Onun üzərində təcrübə keçirmək qeyri-mümkündür. Bu səbəbdən də elm Allahın varlığını sübut edə bilmir.
9. İlahiyə inanc və ya inanmamaq səncə nə fərq edir?
Bu fərq insandan insana dəyişir. Bu fərq ciddi ola da bilər, ciddi olmaya da bilər. Fərqlər əsasən xasiyyətdə, psixoloji vəziyyətdə, əməllərdə özlərini göstərirlər.
10. Səncə bir azərbaycanlı kimi sənin etnik-mədəni kimliyinlə (azəri, Azərbaycanda doğulub böyümüş, bir vaxtlar müsəlman olmuş) dini kimliyin (isəvi) necə əlaqələnir? Onların arasında münaqişə olubmu və ya varmı?
Mən özümü bir vaxtlar müsəlman olmuş heab etmirəm. Doğulandan indiyə kimi Quranın təhrif olunmasına və onun başqa kitablardan köçürülmüş olmasına inanan şəxs müsəlman ola bilməz. Mən millətçi və irqçi deyiləm, insanın hansı milliyyətə aid olması da mənim üçün önəmsizdir, lakin əlaqələndirməyə çalışsaq, mənim etnik-mədəni kimliyim olan azərbaycanlılıq, azərilik elə biz azərbaycanlıların, azərilərin əcdadları ilə tam uyğunluq təşkil edir. Deməli mən, sadəcə olaraq ulu nənə-babalarımın inandığına inanıram. Buna görə də bu iki ünsür bir-birini çox mükəmməl şəkildə tamamlayır və onlar arasında heç bir münaqişə ola bilməz.

3 comments:

  1. Hormatli the Image, Quran xalifa Osmanin hakimiyyati dovrunda musalmanlara dini qiraat vasaiti olaraq yazdirilib. Quran sozu ela qiraat/oxumaq demakdir. Yani qiraat kitabi. Bu kitabin yazilmasi, tartib olunmasi va redakta ishini bilavasita Mahammad peyghambarin oghullughu zeyda tapshirilir. Zeyd, dari va yarpaq uzarinda olan yazili vahylari toplayir, aghsaqqallardan va ashabalardan yadlarinda qalan vahylari, fikirlari va s. camlashdirir. Quran belaca meydana galir. mahammad peyghambar oz saghlighinda shifahi tabligh edib va kitab yazdirmagha bir luzum olmayib. Olsaydi deyardi, alustu yazardilar. Mahammadin ilk aldighi vahy Isanin bakira Maryamdan doghulushu olub. Lakin Quranda bu sura avvalda deyil, ortada verilib. Umumiyyatla, manim oz qanaatima gora Mahammad hech da yeni bir din yaratmaq planlashdirmayib. Islam adlanan din onun olumundan sonra tashakkul tapib. Bu barede kifayat qadar elmi-tarixi manba var. Osmanin isa hakimiyyat dovrunun na zaman bashladighini arashdirsaniz, gorarsiniz ki, quran peyghambarin olumundan 12 sonra yazilib.

    Duzdur ki, Quranda har shey oradan-buradan alinmadir. Bibliya va Incil da o qabildandir. Isa masih ozu da Buddizm, Zardushtilik, mitraizm, yunan mifologiyasinin bahrasidir.
    Siz bazan haqiqata chox yaxinlashirsiniz. Amma hala da Isaviliyin mahiyyatina tam varid olmamisiniz. Kitablar, dini kitablar sizi chox dolashdirir.

    ReplyDelete
  2. Əziz Faikpro,

    Şərhiniz üçün çox sağ olun. Məncə həm Quran, həm də Bibliya öyrənilməyə dəyər kitablardı və onlardan öyrənməklə əslində bir şey itirmirik. Onların yaradılması müəmmalarla doludu və sonucda nəyin doğru, nəyin yanlış olduğunu da ancaq Tanrı bilir.
    Həqiqətə gəlincə, mən həqiqəti tamamən bildiyimi iddia etmirəm və bunu iddia edən insanlardan da öyrənməyə hazıram. Mən sadəcə İlahinin anlaşılmaz, əsrarəngiz dünyasında onun nurundan bir parça görməyə və ona doğru getməyə çalışıram.

    The Image

    ReplyDelete
  3. Salam mohtaram the Image.
    Sizinla razilashmaya bilmiram. Albatta, Incil va Quran basharaiyyatin axlaqi keyfiyyatlara sahib olmasindan otru avazsiz qaynaqlardir. Bu iki kitabdaki hikmatli fikirlar insanlari getdikca daha madani, aghgilli va axlaqli edib. Isaviliyin yurutduyu talimda deyilir ki, "yalniz Isaya iman gatiran insan ruha sahibdir. Ruhu olmayan isa heyvandir". Neca saslandiyini bilmiram, amma bu beladir ki, var. Isanin buyurduglarina amal etmayanlar axlaqli va nacib deyillar. Bunlar cinayatkarlar, sui-istifadachilar va s. adamlardir. Insan yalniz axlaqli olduqda, xeyirxah olduqda insan sayila bilar. Ruh isa insan ila Allah arasindaki rabita vasitasidir. Digar sozlarla, Ruh Allahin kichik bir modelidir. Ruh, musbat keyfiyyatlarin macmusudur. Ruh o zaman amala galir ki, insan axlaqi keyfiyyatlara sahib olsun. Bunun isa an genish yolu Isa Masihi tanimaq va dediklarina amal etmak, onun kimi yashamagha chalishmaqdir. Mahammad peyghambar ozu da karvanla uriyaya gedanda oradaki masihilarla choxlu mukalimalar edib va Isaya panah gatirib.

    Bunula bela Incil va Quranda ziddiyyatalar choxdur. Quranda Allah heyvanlarin adini chakir. Yoxlasaniz gorarsdiniz ki, Quran yazilan dovrda Arabistan yarimadasinin ahalisina hansi heyvanlar malum idisa, Allah da ela hamin heyvanlarin adini chakir. Coghrafi baximdan da Allahin biliklari Arabistan yarimadasila mahgdudlashir. Bela chixir ki, Allah oz yaratdighi yer kurasinin digar sahalarini va orada yashayan xalqlari tanimir, malumata malik deyil va ya ondan otru takca Arabistan yarimadasinin ahalisi vacibdir va bashqa xalqlar onu maraqlandirmir. Bu halda Allahin yalniz tayfa Allahi oldughu, yalniz arablarin Allahi oldughunu dushunmali olursan.
    An xoshagalmazi budur ki, Islam Sulh demakdir, Musalman isa Sulhparvar. Mahammad oz saghlighinda sulh va dinclik prinsiplarina ciddi riayat etmayi tapshirirdi. Yalniz mudafuia maqsadli muharibalar aparilirdi, yaxud da Yaman va indiki Oman arazilarindaki tahdidlara cavab olaraq oraya silahli quvva gondarilirdi. Lakin Mahammadin olumundan sonra Sulh dini olan Islam terror, qorxu, qirgghin dini kimi tanindi. Islam (Sulh) yayiriq deya arablar, onlardan sonra Osmanlilar dunyani qana buladilar, adini da qoydular ki, biz Islam (sulh) dinini yayiriq. Cinayatlarini da ort basdir elamak uchun orada burada kola etdiklari adamlarin quvvasi hesabina mascidlar insha etdirdilar. Man bilmiram, bu mascidlar naya lazimdir? Bunlari Allaha rushvat kimi basha dushak? Indi Avropanbin har bir shaharinda an azi iki mascid var. Arab mascidlarinda namaz qilir va dini sohbat edirlar. Bundan sonra hara chixib gedir oz ishinin ardinca va gundalik hayatda oz namardliklarini etmakda davam edirlar. Turk mascidlarinda isa namaz va orucdan bashqa ham da kofe ichir, yera tupurur, soyush va murdar ifadalar ishladir, tv da siyasata, futbola baxir, oz aralarinda kart oynayir va bazan boghushurlar da. Istanilan turk mascidi aylanca va hobbi klubunu xatirladir. Min ildir ki, bu mascidlar insanlari tarbiya eda bilmayiblar. Mascida, kilsaya gedan adamin bashinda va dilinda eybacar fikirlar, sozlar olmamalidir. Ancaq insanalarin boyuk aksariyyati ela meymun olaraq qalir. Tanidighgim butun avanturistlar yasha dolduqca mascida, kilsaya doghru istiqamat alirlar.
    Albatta, musalmanlar asil musalman, xristianlar da asil xristian olsaydi chox yaxshi olardi.

    ReplyDelete

gündəlikdə axtarış