Saturday, November 17, 2012

Doqma




Dilimizdə doqma və doqmatik sözünün mənfi çaları var. Bir qayda olaraq, köhnə, daşlaşmış, rigid bir fikri, və ya belə düşünən birisini anlatmaq üçün istifadə edilir. Xristianlıqda doqma bu və ya digər inancı ifadə edən formal dil, formula, ümumqəbulolunmuş rəsmi ifadə tərzi kimi anlaşıla bilər.

Doqma, inanc həqiqətinin, inanc mistikasının yarımçıq insan dilində ala-babat, qeyri-mükəmməl ifadəsidi. O, inancı, həqiqəti anladır, ancaq bütün həqiqətin ona sığdığını düşünmək öz inancını tam anlayan inanclı üçün yanlış addımdı. Doqmanın əsas məqsədi hamının anladığı və razılaşdığı dillə inancı ifadə etmək, kilisənin və xristianların tarixi ilə bu günü və gələcəyi arasında bir körpü salmaqdı.
Götürək Müqəddəs Üçlük doqmasını. Elə bilirsiniz bu doqma hər şeyi izah edir və onda heç bir ziddiyyət yoxdu? Əlbəttə, elə deyil. Doqma ən yaxşı halda az-çox rasionaldı, ancaq onun tamamən məntiqiliyini, hər zaman rasional olacağını düşünmək yanlışdı. Doqma məntiqi olmaya da bilər. Doqma dəqiqdi, o, Bibliyadakı ayrı-ayrı mülahizələrin, öyrətilərin sistemləşdirilmiş, distillə edilmiş, az-çox rasionallaşdırılmış ifadəsidi. Həqiqət isə doqmaya sığmır. Həqiqətin ancaq bir qismi, İlahi mərhəmətinin işığında bizə əta edilən parçası doqmalarda az-çox əks olunur. Günəş şüaları bir prizmadan keçəndə necə sınarsa, İlahinin əsrarəngiz dərinliklərindən gələn həqiqətlər də insan dilindən, əqlindən, doqmasından keçəndə eləcə sınar, bölünər, parçalanar.
Doqma anlaşılmazı anlatmaq və bu cəhdi əqləsığarlaşdırmaq cəhdindən başqa bir şey deyil.
Doqmatik teologiya mənim ən çox sevdiyim teologiya sahələrindədi.

No comments:

Post a Comment

gündəlikdə axtarış