Wednesday, October 31, 2012

Bilirsinizmi ki...




Bir qəhvə fincanını,
Dodağınıza yaxınlaşdıran anda,
Xatirələr,
Çağrılmamış qonaq kimi
Xəyallarınıza hopar?


Və ya yaşaya-yaşaya
Ölmək,
Ölə-Ölə
Yaşamaq olar?

Və ya itlər sizi,
Bir şimpanzedən
Daha çox anlar?

Hələ bu harasıdı?

Bilirmisiniz  ki,
Bağışlanmayan günahlar olsa da
Bağışlanmayan kimsə yoxdu?

Və ya gedilən yolların sayı
O yolları gedənlərdən çoxdu?

Bilirsiniz mi…

No comments:

Post a Comment

gündəlikdə axtarış