Friday, April 15, 2011

Sürəti Necə Azaltmalı



Əzizlərim, belə bir qərara gəlmişəm ki, bloqda yazı yerləşdirilməsi qaydasını dəyişim. Əgər bloqu daimi oxuyanlardansınızsa onda bilirsiniz ki, bir qayda olaraq həftəyə bir ya iki yazı yerləşdirməyə çalışıram və yazıları biri-birindən zaman etibarilə 3-4 gün ayırır. Son zamanlar artıq bu müntəzəmliyi saxlaya bilmirəm, artıq həftədə bir dəfə, bəzən on gündən bir yazı yerləşdirirəm.

Bu cür gecikmələrin şəxsi və peşə həyatıyla bağlı səbəbləri var və bir az irəliyə baxdıqca görürəm ki, həmin faktorlar ən azından yaxın bir neçə ay üçün yazıların yerləşdirilməsi müntəzəmliyinə təsir edəcəklər.
Odur ki, bundan sonra qeyri-müəyyən müddətə, vəziyyət dəyişənə qədər hər ay bloqa iki yazı yerləşdirmək istəyirəm. Belədə hər on beş gündən bir yazı yerləşdirmək və deməli hər yazının hazırlanmasına daha çox vaxt ayırmaq mümkündü. Bu, həm mənim üçün rahatdı, həm də yazılara daha çox diqqət ayıra bilərəm. Sözügedən qaydanı Maydan başlayaraq tətbiq edəcəm.  

No comments:

Post a Comment

gündəlikdə axtarış