Ədalət üçün aktiv savaş verən bütün insanların iki özəlliyi var: 1) ədalətə, onu qurmanın, bərpa etmənin mümkünlüyünə və ya ədalətsizliyin aktiv savaşla azaldılmasının mümkünlüyünə inanırlar, 2) bunun üçün savaş verməyə dəyər düşünürlər (və buna inanırlar) və ya ədalətsizliyin azaldılması üçün savaş onların dəyərlər sistemində önəmli yer tutur.
Məncə ümumiyyətlə inanmağın bir parçası, həm də çox güclü parçası kimi dini inanc ədalət adına savaşda çox önəmli yer ala bilər və bunun üçün çalışmaq lazımdı. Mən əlbəttə terror, insanları qorxutmaq, ona-buna bomba qoyub partlatmaqdan ibarət savaşı demirəm. Mənim dediyim savaş Martin Lüter King, Mahatma Qandi və digər bu kimi şəxsiyyətlərin öz inanclarını və toplumdakı inancları önəmli mənbə kimi ələ alaraqdan ədalətsizlik əleyhinə savaşdı. Başqa sözlə desək, dinc ancaq aktiv üsullarla ədalətsizliyə müqavimət göstərmək və onun əleyhinə getmək Azərbaycanda bütün növ inancların yaşaması üçün vacib şərtdi və rejimin ədalətsizliklərinə qarşı mübarizə vasitəsi ola bilər. Bunsuz inanc öz önəmini itirir. Ədalətsizliyə qarşı bacardığı qədər sivil, dinc və aktiv üsullarla savaş verməyən inanc insanlarda istehza doğurur, çünki belə inanc Tanrının ədalətli olduğunu gözardı edir. Ancaq dini inancdan qaynaqlanan və ədalətsizlikləri hədəf almış mübarizənin ciddi və dərindən işlənmiş təlimləri, ideyası, dəyərlər sistemi olmalıdı. Əks təqdirdə dini inanc savaşı əndazədən çıxır, radikal qüvvələrin əlində siyasi basqı vasitəsinə çevrilir. Bunları önləmək üçün də dini inancın öyrətilərinə dayanaraqdan ədalətsizliklə dinc, aktiv və sivil savaşın əsasları işlənməlidi. Bu əlbəttə çətindi, ancaq mümkündü.
No comments:
Post a Comment