Azərbaycanda İsəvi icmaları içtimai həyatda necə iştirak edə bilərlər və buna ehtiyac varmı? Məncə, buna ehtiyac var. Kilisələr insanları müəyyən dəyərlər əsasında birləşdirən qruplardı. Bu qruplardakı insanlar öz inanclarını yaşamağa çalışaraqdan içtimai həyatda fəal rol ala bilərlər. Bu icmalardakı insanlar həm də Azərbaycan Respublikasının vətəndaşlarıdı. Vətəndaşın isə öz ölkəsinin içtimai yaşamında iştirak etməyə haqqı tanınır.
Kilisələr nə edə bilər? Çox şey. Məsihilik inancını yaymanın yanısıra, kilisələr Azərbaycan Respublikasındakı çağdaş problemlərin həllində yaxından iştirak edə bilər. Bunun üçün isə əlbəttə kilisələrdə liderlərin yetişməsi qaçınılmazdı.
Məsələn, bir neçə kilisənin bir araya gəlib bir neçə evsiz-eşiksizi sığınacaqla təmin etməsi, ata-anasız, küçələrdə gün keçirən uşaqların oxumağa çəkilməsi buna misal ola bilər. Məsihi icması sadəcə inanc üçün bir araya gələn insanlar anlamına gəlməz. Məsihi icması həm də sosial həyatda sivil və mədəni yollarla iştirak edən insanlar anlamına gəlməlidi – bu insanları içtimai həyatda iştirak etməyə onların inancları dəvət edir.
Aşağıda mən kilisələrin içtimai həyatda fayda verə biləcəyi bəzi fəaliyyət istiqamətlərini sadalayıram:
1) Təlim-tərbiyəyə, təhsilə ehtiyacı olan, dövlətin sosial-təhsil institutlarının yardımından məhrum olmuş əhali təbəqəsinin maarifləndirilməsi,
2) Yaşlı, pensiya təminatından məhrum əhali təbəqəsinin yaşamına yardım edilməsi,
3) Müxtəlif əhali təbəqələrinin siyasi prosesdə fəal iştiraka həvəsləndirilməsi,
4) Azərbaycandakı digər dini icma və qurumlarla dialoqa girmək və birlikdə fərqli proyektlər həyata keçirmək (əgər buna imkan varsa)
5) Həbsxanadalardakı insanların topluma yenidən qazandırılması üçün müxtəlif proqramlar hazırlamaq və dövlətə bu sahədə yardım etmək,
6) Qeyri-xristian dini azlıqların, etiqad azadlığı və öz etiqadını sərbəst ifadəetmə haqqı tapdanan hər bir şəxsin, konkret dini mənsubiyyətinə görə diskriminasiyaya məruz qoymadan haqqını müdafiə etmək,
7) Vətəndaş cəmiyyətinin qurulması üçün qeyri-dövlət təşkilatları ilə sıx əməkdaşlıq etmək və birgə layihələr gerçəkləşdirmək.
8) Dini fundamentalizmi və fanatizmi zəiflətmək üçün məktəblərlə, digər qurumlarla iş aparmaq, onları inanc, Məsihilik, dinlər və inanclar arasındakı münasibətlər haqda maarifləndirmək və s.
Bütün bunları həyata keçirmək fərqli resursların, qabiliyyətli və inancı insanların olmasını gərəkli edir. Ancaq məncə bunları etmək olar. Yetər ki yetərincə insan, inanc, ümid və sevgi olsun.
No comments:
Post a Comment