İnanclı
olmaq, yəni İlahiyə inanmaq
Uzun
saqqal saxlamaq
Qaşqabaqlı
olmaq, sir-sifətindən ciddi
Kədərli
görkəm asmaq
Demək
deyil.
Rəbbi
düşünmək, yəni Onu sevmək
Başqalarına
dərs keçmək,
Ona-buna
hökm kəsmək,
Birini
ittiham, digərini tərif etmək
Demək
deyil.
Demək,
Deyil
bu, deyil o
İnanclı
olmaq.
Mən
deyim nədir inanclı olmaq.
İnanclı
olmaq elə budur, yəni ki, odur.
Sözümün
canı budur,
“Belə
deyil, elə deyil”
Demək də
deyil.
İnanclı
olmaq.
O da
deyil, bu da deyil,
Heç nə
deyil,
Deyil də
deyil
İnanclı
olmaq.
Yenidən
başlayaq...
No comments:
Post a Comment