Friday, June 12, 2015

İlahinin Ədaləti


İlahi haqqında inanılası ən önəmli ideya, dəyər və ya öz yaşantılarınızda yaşamalı olduğunuz ən əsas münasibət, Allahın təkliyi ya çoxluğu deyil, Onun ədalətliliyidir. Çünki tək, ancaq ədalətsiz ilahiyə ibadətdən daha qorxunc, yazıq bir şey təsəvvür etmək çətindir. İlahiyə ibadətin rasional əsası da insanın nöqteyi-nəzərindən buna dayanır: İlahi ədalətlidir və Onun ədaləti mükəmməldir və buna görə də Ona ibadət etməyə, Ona, türklər demiş, “tapmağa” dəyər. Bu, etiraf edim ki, çox yarımçıq yanaşmadı. Biz İlahiyə sadəcə ədalətli olduğu üçün ibadət etmirik. İlahi, bizə belə bir nəsihət verdiyi üçün Ona ibadət edirik. Ədalət özlüyündə İlahiyə ibadətin tək və yeganə əsası deyil, amma zəruri əsaslarındandır deyilə bilər. 

Saturday, May 9, 2015

Məsihi Əzabları


“Həvari Peterin Birinci Məktubu”nda deyilir: “Sevimlilər, sizi sınamaq üçün aranızda baş verən odlu imtahana sanki başınıza gələn qəribə bir iş kimi təəccüb etməyin. Əksinə, Məsihin əzablarına nə qədər şərik olursunuzsa, o qədər sevinin ki, Onun izzətli zühurunda hədsiz sevinəsiniz. Məsihin adına görə təhqir olunsanız, siz nə bəxtiyarsınız! Çünki Allahın izzətli Ruhu üzərinizdə qalır. Lakin heç biriniz qatil, oğru ya başqa cür cinayətkar kimi yaxud başqalarının işinə qarışan şəxs kimi əzab çəkməsin. Amma əgər bir insan məsihçi kimi əzab çəkirsə, qoy bundan utanmasın, bu adı daşıyaraq Allahı izzətləndirsin.” (1 Peter 4:12-16)

Thursday, April 2, 2015

Ümidin Səsi



Salam Əzizlərim! Uzun müddət yazmadıqdan sonra yenidən yazmağa başlamaq bir az çətin olur, ancaq haradansa başlamaq lazımdır, elə deyilmi?
Bu həftə sonu kilisələr Pasxa bayramını qeyd edəcəklər. Əgər qeyd edirsinizsə, bəri başdan hamınızın bayramı mübarək deyirəm! Açığı, bayramı qeyd edəcək əhval-ruhiyyədə deyiləm. Həm kilisə xidməti ilə bağlı gərginlik, həm gündəlik həyatdakı münaqişələr insanı tükətir. Belə anlarda qutsal kitabdan ümidverici fikirləri oxumaq inanclıya ayağa qalxıb yola davam etməyə, Məsihin söylədiyi kimi çarmıxını dalına alıb onun arxasınca getməyə kömək edər. Səbrli olmaq və içindəki ortamda İlahinin sevəcəyi bir şəkildə hərəkət etmək özü də məziyyətdir və Bibliya bu məziyyətə malik insanları alqışlayır. 

Thursday, December 25, 2014

Milad

Hamınızın Milad Bayramı mübarək, əziz dostlarım!
İlahi hamınıza bərəkət və sevgi versin!


Tuesday, December 9, 2014

Onun Gəlişinə Hazırlıq




“...Yaxşı çoban mənəm. Necə ki, Ata məni tanıyır və Mən Atanı tanıyıram, eləcə də özümünküləri tanıyıram, özümünkülər də Məni tanıyır. Mən quzular uğrudan canımı qurban verirəm. Bu ağıldan olmayan başqa quzularım var ki, onları da gətirməliyəm. Onlar da səsimi eşidəcək, beləcə tək sürü, tək Çoban olacaq.” (Yəhyanın nəql etdiyi müjdə 10:14-16. Müqəddəs Kitab. Bakı 2009)

Friday, November 14, 2014

Oxuyacağınız Kitablar


Abraham Coşua Heşel (Abraham Joshua Heschel) iyirminci əsrin önəmli ravvinlərindədir. İnanc və din haqqında çox maraqlı kitabları var, özəlliklə də Əhdi-Ətiqin izahı məsələsində çəkici və yenilikci, orijinal fikirləriylə tanınır. Onun “Peyğəmbərlər” (The Prophets) kitabı digərləri ilə müqayisədə daha məşhurdur. Həmin kitabda A.C. Heşel Əhdi Ətiqdəki peyğəmbərlərin kimliyi, peyğəmbər olmanın və ümumiyyətlə peyğəmbərliyin özəlliklərini anladır. Məni onun kitablarına çəkən yazı tərzi və mücərrəd konseptləri çox canlı, metaforik dillə izahı olub.
Onun aşağıda adlarını çəkdiyim kitablarını İngiliscə oxuya bilərsiniz.
1.     The Prophets (Peyğəmbərlər)
2.     God in Search of Man (Allah İnsan Sorağında)
3.     Man is not alone (İnsan Tənha Deyil)
4.     The Sabbath (Şabat Günü)


Oxuyun! Peşman olmayacaqsınız!

Monday, October 6, 2014

Xristian Təliminin Məqsədlərindən Biri



İsa Məsihin kimliyinə və həyatına dayanan təlimin məqsədi haqqında Bibliyada bəzi mülahizələrə rastlanılır. Bu ideya və mülahizələrdən birinə bu gün nəzər salacağıq. Sözünü etdiyimiz fikirləri bilmək həm Bibliyanın şərhi, həm də onu inanc gözüylə oxumaq üçün önəmlidir. Bibliya, daha öncə bəhs etdiyimiz kimi, mürəkkəb kitabdır və istənilən ideyanı dəstəkləmək üçün ondan sui-istifadə etmək mümkündür. Buna səbəb Bibliyada bir çox ideya və hadisələrdən və bir çox perspektivdə danışılmasıdır. Bundan başqa Bibliyadakı janr rəngarəngliyi onu şərh etdiyimiz zaman əsas məqsədi gözdən qaçırmaq ehtimalını artırır. Belə yanlışlığın baş verməsi ehtimalını azaltmaq üçün Bibliyanı inanc gözüylə nə üçün oxuduğumuzu bilməliyik.

Tuesday, September 2, 2014

Dönüş - Tövbə - Metanoya



"Bütün vergiyığanlar və günahkarlar İsanı dinləmək üçün Ona yaxınlaşırdılar. Fariseylər və ilahiyyatçılar isə "Bu adam günahkarları qəbul edir və onlarla yemək yeyir" deyə deyinirdilər.
Amma Isa onlara bu məsəli çəkdi: "Sizlərdən birinin yüz qoyunu olsa və onlardan birini itirsə, doxsan doqquzunu çöldə qoyub itmiş qoyunu tapanadək onu axtarmazmı? Tapanda isə onu sevinclə çiyinlərinə qoyar. Evə gələndə öz dostlarını və qonşularını çağırıb belə deyər: "Mənimlə birlikdə sevinin, itmiş qoyunumu tapmışam!" Sizə doğrusunu deyirəm: beləcə də göydə tövbə edən bircə günahkara görə tövbəyə ehtiyacı olmayan doxsan doqquz saleh insan üçün olduğundan daha çox sevinc olacaq."

Thursday, March 27, 2014

Ruhun Gördüyü


“16.Buna görə biz ümidimizi itirmirik. Zahirimiz get-gedə xarab olsa da, daxilimiz gündən-günə təzələnir. 17.Çünki müvəqqəti, yüngül əziyyətlərimiz bizə bir şeylə müqayisə edilməz dərəcədə böyük və əbədi izzət qazandırır. 18.Gözlərimizi görünən şeylərə deyil, görünməyən şeylərə dikirik. Çünki görünənlər gəldi-gedər, görünməyənlərsə əbədidir.” 
(Korinflilərə Birinci Məktub. Müqəddəs Kitab, Bakı-2009)

Gözlərinizi qapayanda siz nə görürsünüz?
Yuxularınıza nələr, kimlər qonaq gəlir?
Öz – özünüzlə, tək, yalnız qalanda varlığın o biri üzündən
Sizə kim boylanır?
Görünməyəni necə görmək olar?


Sunday, February 16, 2014

Kilisə Nədir





Kilisə bina deyil. Kilisə kütlə də deyil. Kilisə İsa Məsihdə İlahini görmüş, Onun müjdəsinə inanmış və İlahiyə tapınmaq üçün bir araya gələn insan icmasıdır. Əslində kilisənin kilisə olması üçün insanların bir araya gəlməsi də o qədər vacib deyil, baxmayaraq ki, kilisəni görmək, qavramaq üçün ən azından gözlə görünən bir qrupa ehtiyac var.

gündəlikdə axtarış