Monday, January 7, 2013

Ürəyimizdəki Toxum




İncillərdə İlahinin Sözündən (yəni İsa Məsihdən) və sözündən (yəni onun öyrətdiklərindən) bəhs edərkən hərdən toxum bənzətməsi işlədilir. Toxumu əkib, suvarmaq lazımdır ki, o toxum kök atsın böyüsün bəhrə versin. Alaq otu toxumunu əkən alaq otuyla əlləşəcək, qızılgül toxumu əkən qızılgüldən zövq alacaq, taxıl əkən taxıl biçəcək.

İncillərdəkə bənzətmələrə görə Tanrı sözü toxum kimi ürəyimizə əkilir. Münbit torpağa düşən toxum böyüyüb boy atdığı kimi, münbit, yəni hazırlıqlı ürəkdə əkilən Tanrı sözü də böyüyür, bəhrə verir, o ürəyi dəyişir. Əksinə, qayalığa düşən ya dərinə kök ata bilməyən toxum məhv olduğu kimi, bərəkətsiz ürəyə düşən Tanrı sözü də kök salmaz və böyüməz. Ancaq əkilənin də qayğısına qalmaq lazımdı axı. Torpağı becərməsən, əkilənə baxmasan, aldığın bəhrə ya heç olmaz, ya da az olar. Rəbbin sözü də belədi, ona qulluq eləmək lazımdı, vaxtlı-vaxtında sevgi suyuyla suvarmaq gərəkir ki, o da yetərincə böyüsün.
Ürəyinizdə nə əkmisiniz? Sülh, sevgi, mərhəmət? O əkdiklərinizin yan-yörəsini basan nifrət, acıq, ümidsizlikləri necə qoparırsınız?

No comments:

Post a Comment

gündəlikdə axtarış