Saturday, April 21, 2012

Yuxu



Ya Rəbb! 
Demə kitab yetər mənə, istəmirəm bunca yozum,
Pişvazına çıxım sən gəl, ya Rəbb, səni kimdən sorum?!

Divanətək düşdüm yola, ta ki səndən xəbər ola,
Susma danış mənlə, nola, ya Rəbb, səni kimdən sorum?!
Söylədilər Qolqofdasan, cismin qanlı, çarmıxdasan,
Gəldim gördüm orda yoxsan, ya Rəbb, səni kimdən sorum?!
Biri dedi mağarada, əsgər gözətlər orada
Nə desin, boş kəfən ortada, ya Rəbb, səni kimdən sorum?!
Ayrılıqdan yandı canım, uçuqladı dil-dodağım
Məsihiyəm ey Pünhanım, ya Rəbb səni kimdən sorum?!

No comments:

Post a Comment

gündəlikdə axtarış