Wednesday, March 7, 2012

Nota Bene




Tanrım mənim!
Əllərini aç əllərimdən tut.
Cavabsız sualları soruşmayım.
Gözlərimə bax, gülümsə,
Sənin dərinliklərində ruhumu tapım.


Arxamca gəl,
Mən su yerinə axan qan gölməçələrində
Sənin mərhəmətini axtaranda
Mənə ümid ver.
Heç nə demə.
Dillənmə.
Sadəcə, sadəcə mənimlə ol.
Gözlərimdən axsın ürəyimə
Bütün günahlılar üçün
Qurbanlıq gözyaşları.
Dilimdən qopsun bir Aaaahhhh
Dilsiz günahsızların
Son nəfəsi kimi.
Bütün ədalətsizliklərin acığına
Sənə uçsun.
Sənsə sus. Sus!
Susğu sənin sonsuz dərinliklərindən
Mən verdiyin söz olsun.
Sevgilim mənim!
Əllərini aç, ruhumdan tut... 

No comments:

Post a Comment

gündəlikdə axtarış