Sunday, June 12, 2011

Pentekost: Qutsal Ruhun Gəlişi



Məsihilikdə önəmli və sonradan bayrama çevrilən hadisələrdən biri Pentekostdur və bu gün Kilisələr bu bayramı qeyd edirlər. Pentekost yunanca əllinci gün anlamına gəlir. “Həvarilərin Əməlləri” (2:1-6) kitabına görə, İsa Məsihin dirilməsindən əlli gün sonra Qutsal Ruh və ya İlahi özü həvarilərin üstünə enir və ya həvarilərin canına hopur. Bunun nəticəsi kimi, həvarilər öyrənmədikləri, bilmədikləri dillərdə danışırlar və İsa Məsihə şəhadət verirlər. Onlarn ətrafında həmin gün yəhudilərin bayramlarından birini qeyd etmək üçün bir çox ölkələrdən gələn insanlar da öz dillərində müjdəni eşidib ona inanırlar (bu mənada Pentekostun yəhudilərin dini bayramlarıyla dolayı əlaqəsi var). 

Dünyəvi dildə və konseptlər sistemində həvarilərin başına gələni (əgər belə bir şeyin baş verməsini qismən qəbul etmək olarsa) kütləvi psixoz və ya kütləvi dini histeriya kimi təsvir etmək olar. Məsihiyyət baxış bucağından bu hadisə möcüzə və İlahinin peyğəmbərliyi yerinə gətirməsi, verdiyi sözü tutması kimi anlaşılır. Xristianlığa görə Tövratda (Yoel 2:28-29) Tanrının dediyi öz ruhunu insanlara göndərməsi hadisəsi məhz Pentekostda yerinə gəlir. Pentekost hadisəsi zamanı Peter insanlara bir daha İsa Məsih haqqında şəhadət verir və Bibliyada yazılana görə həmin hadisənin şahidi olan bir neçə min insan məsihiliyi qəbul edir, daha doğrusu İsa Məsihdə Rəbbin insaniləşdiyinə və bununla da bizə qurtuluş müjdəsi gətirdiyinə inanır və bu müjdəyə uyğun yaşamağa başlayır.
Kilisənin liturgik təqvimində Pentekost Diriliş bayramından sonra gəlir və özəl olaraq qeyd edilir.  Bundan başqa çağdaş isəvilikdə Pentekostalizm adıyla bilinən bir hərəkat-cərəyan da var və onlar dillərdə danışmaq hədiyyəsini (qlossolaliya), Qutsal Ruhla əlaqəyə girmək ideyasını vurğulayırlar.
Bu videodan dünyanın ən məşhur teoloqlarından biri Anqlikan kilisənin arxiyepiskopu Roan Uillyamın Pentekostla bağlı düşüncələrini izləyə bilərsiniz. Balacaq qeyd: video ingilisədi.


No comments:

Post a Comment

gündəlikdə axtarış