Liturgik təqvim kilisə ibadətinin bu və ya digər yönlərini vurğulayan və ya ümumbəşəri Kilisə, Məsihilik tarixindəki önəmli hadisələrin qeyd edilməsini ifadə etmək üçün ayrılmış zaman kəsimidi. Bu təqvim istifadə etdiyimiz zaman təqvimi ilə üst-üstə düşməyə bilər və zamanın axışını bildirmək üçün istifadə edilmir. Sözünü etdiyimiz təqvim sadəcə kilisə tarixindəki hadisələrin ibadətdə təntənəli qeyd edilməsini anlatmaq üçün yararlıdı. Gündəliyimizin daimi oxucuları liturgik təqvimdəki hadisə-aylardan biri ilə, Milad bayramı ilə tanışdırlar. Milada bənzər kilisə təqvimində ya liturgik təqvimdə bir sıra belə qeyd ediləsi şeylər var. Bu cür bayramlar, hadisələr, simvolik matəmlər həm də bir çox kilisələrdə özəl ibadət elementləriylə, bir xristianın ibadət və davranışında həmin zamana həsr olunmuş dəyişikliklərlə xarakterizə edilir.
Liturgik təqvimə bir çox kilisələrdə riayət edilir. Xüsusən də Katolik və Pravoslav kilisələrində sözügedən təqvim önəmlidi. Bir sıra Protestant qollarında da liturgik təqvim istifadə edilir, ancaq daha az. Bu təqvimdəki bir çox hadisələrin-ayların dilimizdə adı yoxdu, odur ki, ingiliscə adından istifadə edəcəyim üçün gərək bağışlayasınız.
Bu il mart ayının ilk onluğunun sonuna yaxın Katolik, Protestant kilisələrində Lent (ruscası deyəsən Великий Пост olur.) başlayır. Lent ayında günahlardan tövbə etməyə diqqət yetirmək, bəzi kilisələrdə isə oruc tutmaq və ya İsa Məsih adına bir sıra alışılmış vərdişlərdən özünü müvəqqəti uzaqlaşdırmaq (bu vərdişlərin necəliyi önəmli deyil), çoxlu dualar etmək, öz yaşantılarımız üzərinə düşünmək arzuolunandı. Lent inanclıları daha sonrakı ay-hadisə üçün hazırlayır və təxminən qırx gün davam edir.
Bu ayda bütün inanclılara uğurlar arzulayıram.
No comments:
Post a Comment