Friday, February 25, 2011

Xocalı Faciəsi


Xocalı faciəsini qeyd etməyə dəyər ancaq bundan ötrü özümüzü qurbanlıq qoyuna çevirməyə dəyməz. Viktim psixologiyası insanı əzən, onun özünəgüvəncini itirməsinə səbəb olan bir düşüncə tərzidi. İllərlə bu düşüncə tərzini ruhuna hopdurmuş insanlarda kin-küdurət, özündən və başqalarından xroniki narazılıq yaranır.

Xocalı Faciəsi nifrət etməyə əsas verməməlidi. Nifrət güclü silahdı, güclü hissdi və bir çox hallarda mühərrik, yanacaq kimi insanı yolun sonuna gətirir. Bununla belə, nifrət arzuolunmazdı, çünki nifrət edən insanın, şəxsin özünə də dağıdıcı o, təsir edir. Nifrət edən, sadəcə başqasını məhv etmək, başqasına gözügötürməzlik etmir, həm də özünü yeyib-bitirir. Nifrət heç bir zaman həll variantı olmayıb. Nifrət ancaq nifrət törədir və beləcə bir zəncirə çevrilib sizi, sizdən sonrakıları, bir faciə əhvalatına, qisas arzusuna (siz nifrət edirsinizsə), qorxu hissinə (sizə nifrət edirlərsə) və hər şeyi boyayan bir rəngə bağlayır.
Məsihi üçün Xocalı faciəsindən ötrü qonşu xalqa nifrət etmək arzuolunmaz seçimdi. Əlbəttə, bu ədaləti tələb etməyək anlamına gəlmir. Ədaləti nifrət etmədən də tələb etmək olar. Bu, sadəcə inanclı İsəvi üçün nifrətin təməl inanc prinsiplərinə yadlığı deməkdi.
Düşünək bununun üzərinə. Xocalıda ölənlər üçün dua edək. Dua edək ki, viktim psixologiyasına uymayaq, ədaləti tələb etdiyimiz zaman da mərhəməti əldən verməyək.    

No comments:

Post a Comment

gündəlikdə axtarış