Monday, February 14, 2011

Tanrıcıl Zənglinlik

Bibliyada zənginlik, yəni varlı olmaq və əməlisalehlik/möminlik arasında qəribə bir ilişki var. Bu münasibət birmənalı deyil. İstər Əhdi-Ətiqdə, istərsə də Əhdi-Cədiddə bir çox varlıların daha çox Tanrı qəzəbinə gələcəyi, əldə etdikləri var-dövlətin onlar üçün Tanrı önündə bir yük olacağına dair bir çox mülahizələr var. Bu azmış kimi, bir də Qutsal Kitabda kasıblıq, daha doğrusu var-dövlətdən kasad olmaq zənginliyə nisbətən ümumilikdə üstün görülür söylənə bilər. Bununla belə, Qutsal Kitabda varlılığın birmənalı olaraq pislənməsi və kasıblığın da birmənalı üstün tutulması kim bir yanaşma görülmür. Bibliya var-dövlətdən həm də Tanrının verdiyi nemət, bərəkət kimi bəhs edir. Elə isə İlahidən bərəkət kimi var-dövlət almış əməlisaleh insanları var-dövləti özünə yük olan ədalətsiz insanlardan nə ayırır? Bu yaxınlarda bir məqalə oxudum. Müəllif bu suala cavab verməyə çalışır. Onun yazdığına görə əməlisahel zənginləri belə səciyyələndirmək olar:
"
  • Var-dövlətlərinin İlahidən verildiyini, onun lütf və hədiyyəsi olduğunu bilirlər və bunu unutmurlar. Buna görə də əldə etdiklərini öz qüvvələri, yetənəkləri və səyləri hesabına qazandıqları ilə lovğalanmırlar (hətta bu kimi özəllikləri Tanrı onlara versə də) (Qan.Tək. 8:17-18, 1 Sal. 29:11-12, Yer. 9:23-24).
  • Öz var-dövlətlərinə hədsiz güvənərəkdən onu bütləşdirmirlər və onu itirmək barədə də həddən artıq rahatsız olmurlar. Çünki ən önəmli olan birisinin İlahi ilə münasibəti həm münasibətin var-dövlət itkisini və ya yoxluğundan zədələnməməsidi (hətta bundan həmin münasibət dərinləşə bilər). (Əyyub 31:24-25).
  • Qəbul edirlər ki, var-dövlət bir çox şeylərdə, məsələn, hikmət, özəlliklə də doğruculluq, təvazökarlıq, əməlisalehlik kimi şeylərdə ikincidi. ( 1 Sal. 29:17, Süley. Məsəl. 8:10-11, 1 Pad. 3, Süley. Məsəl. 16:8, 28:6).
  • Öz var-dövlətləri ilə Allahın bərəkəti kimi davranırlar. Onlar anlayır ki, belə bir bərəkət imtiyaz deyil, məsuliyyətdi – İbrahimi məsuliyyətdi ki, onlar da başqalarına bərəkət ola bilsinlər (Baş. 12:1-3). Beləcə, var-dövlət əməlisaleh əllərdə Tanrının insanları İbrahimin toxumu vasitəsilə bərəkətləndirmək işinin bir parçasıdı.
  • Var-dövlətlərindən ədalətlə yararlanırlar. Bu, həm də öz zənginliklərindən pozuq məqsədlər (məs. rüşvət) üçün istifadə edib şəxsi çıxar əldə etməyi rədd etmək deməkdi. Onlar həm də öz maliyyə işlərinin başqalarının ehtiyaclarını istismar etmədən həyata keçirilməsini təmin edirlər (məs. sələm. Zəb. 15:5, Yez. 18:7-8).
  • Öz var-dövlətlərinin geniş icmanın işinə yararlı olmasını məsuliyyətli borc/kirayə verməklə və bunu praktiki (Lev. 25), qarşı tərəfin ləyaqətinə hörmət etməklə təmin edirlər (Qan. Tək. 24:6, 10-13).
  • Var-dövləti əliaçıqlıq üçün fürsət kimi görürlər – hətta bu risqli, özünəzərərli olsa da. Bununla da onlar kasıb və ehtiyacı olanlara dəstək olur, eyni zamanda da İlahinin özəlliklərini əks etdirirlər (Qan. Tək. 15, Zəb. 112:3, Süley. Məsəl. 14:31, 19:17, Rut.).
  • İlahiyə birgə ibadət üçün praktiki ehtiyacların ödənməsiylə (1 Sal. 28-9) və ya maddi dəstəyə özəlliklə ehtiyacı Rəbbin xidmətçilərinə yardım etməklə var-dövlətlərini Tanrı yolunda xərcləyirlər (2 Sal. 31, Rut).
  • Şəxsi tükətiçiliklərinə hədd qoymaqla və var-dövlətə, resurslara giriş imkanı verən içtimai işdən şəxsi qazanc üçün maksimum yararlanmağı rədd etməklə başqaları üçün örnək olurlar (Neh. 5:14-19)."   

No comments:

Post a Comment

gündəlikdə axtarış