Bir dəfə
bir tələbə mənə dedi ki, həm müsəlmandı, həm də xristian. Bazar günləri kilisəyə,
beşinci günləri məscidə gedirdi, özünün dediyinə görə, həm Qurana, həm də
Bibliyaya inanırdı.
Sırf
praktiki olaraq bu bəlkə də mümkündü, ancaq söhbət inancdan gedirsə, hər
ikisini bir arada tutmaq həqiqətən çətindi, hətta mümkün deyil deyərdim. Bu iki
kitabın hər biri digərinin dediklərindən bəzilərini düzünəqulu, digərlərini
dolayı inkar edir. Razılaşdıqları məqamlar da ürəyiniz istəyən qədərdi, ancaq
çox önəmli məsələlərdə fikir ayrılıqlar var.
Bibliyaya görə, İsa Məsih çarmıxa
çəkilib. Qurani-Kərim görə belə şey baş verməyib, bir az loru dillə desək, sadəcə
romalılara, yəhudilərə Allah belə göstərib, bir növ onları axmaq yerinə qoyub.
Bibliyaya görə, İsa Məsih İlahinin insan surətində təcəllasıdı, yəni elə
İlahidi. İslama görə İsa Məsihinin ilahiliyinə inanmaq ən böyük günahlardan
biridi (şirk). Xristianlıqda İlahi birdi və bu təklik üçlükdədi, İslama görə
Allahın üçlükdə açılması təlimi sadəcə saxtalaşdırmadı. İslama görə Məhəmməd
peyğəmbərdi. Bibliyaya görə, İsa Məsihdən sonra peyğəmbərlik ya məsihlik
iddiasında olanlar yalançılardı. Bu sadaladlıqlarımın hər biri sözügedən
inancların ən önəmli elementləridi. Məhəmmədin peyğəmbərliyini rədd edərək müsəlman
olmaq mümkün olmadığı kimi, İsa Məsihin də ilahiliyini rədd edərək xristian
olmaq mümkün deyil. Bu mənada, hər iki din biri-birini istisna edən doqmaları
içinə alır.
Ancaq həyat
təbii ki, doqmalara sığmaz. Həyatda nəinki iki, hətta beş-on dinə inanan adama
rast gəlmək olar. Belə dini eklektisizm indi yayılmaqdadı və bir azdan Azərbaycanda
da buna rast gəlsək təəccüblənmərəm.
No comments:
Post a Comment