ƏkrəmƏylislinin kitabını yandırdılar, basdırdılar, daha nələ etdilər.
Düz
edirsiniz! Yandırın! Basdırın! Söyün! Qoy kitabı altdan-altdan daha çox
satılsın, daha çox oxunsun, daha çox bilsinlər.
Əkrəm
Əylisinin kitabı tarixə Dağlıq Qarabağ məsələsində tabu mövzuları ələ alan ilk
kitab kimi düşəcək. Nə faşistlər, nə inkvizisiya, nə də bizim cılız kitab yandıranlardan
dəfələrlə güclü olan avtoritar rejimlər kitabları yandırmaqla istədiklərini əldə
etmədilər. Ancaq bizim kitab yandıranlar bundan nəsə qazanacaqlar. Heç olmaza
adları tarixə keçəcək.
No comments:
Post a Comment