İncillərdə
İlahinin Sözündən (yəni İsa Məsihdən) və sözündən (yəni onun öyrətdiklərindən)
bəhs edərkən hərdən toxum bənzətməsi işlədilir. Toxumu əkib, suvarmaq lazımdır
ki, o toxum kök atsın böyüsün bəhrə versin. Alaq otu toxumunu əkən alaq otuyla əlləşəcək,
qızılgül toxumu əkən qızılgüldən zövq alacaq, taxıl əkən taxıl biçəcək.
İncillərdəkə
bənzətmələrə görə Tanrı sözü toxum kimi ürəyimizə əkilir. Münbit torpağa düşən
toxum böyüyüb boy atdığı kimi, münbit, yəni hazırlıqlı ürəkdə əkilən Tanrı sözü
də böyüyür, bəhrə verir, o ürəyi dəyişir. Əksinə, qayalığa düşən ya dərinə kök
ata bilməyən toxum məhv olduğu kimi, bərəkətsiz ürəyə düşən Tanrı sözü də kök
salmaz və böyüməz. Ancaq əkilənin də qayğısına qalmaq lazımdı axı. Torpağı becərməsən,
əkilənə baxmasan, aldığın bəhrə ya heç olmaz, ya da az olar. Rəbbin sözü də belədi,
ona qulluq eləmək lazımdı, vaxtlı-vaxtında sevgi suyuyla suvarmaq gərəkir ki, o
da yetərincə böyüsün.
Ürəyinizdə
nə əkmisiniz? Sülh,
sevgi, mərhəmət? O əkdiklərinizin
yan-yörəsini basan nifrət, acıq, ümidsizlikləri necə qoparırsınız?
No comments:
Post a Comment