![]() |
Ya Rəbb!
Demə
kitab yetər mənə, istəmirəm bunca yozum,
Pişvazına
çıxım sən gəl, ya Rəbb, səni kimdən sorum?!
Divanətək
düşdüm yola, ta ki səndən xəbər ola,
Susma
danış mənlə, nola, ya Rəbb, səni kimdən sorum?!
Söylədilər
Qolqofdasan, cismin qanlı, çarmıxdasan,
Gəldim
gördüm orda yoxsan, ya Rəbb, səni kimdən sorum?!
Biri dedi
mağarada, əsgər gözətlər orada
Nə desin,
boş kəfən ortada, ya Rəbb, səni kimdən sorum?!
Ayrılıqdan
yandı canım, uçuqladı dil-dodağım
Məsihiyəm
ey Pünhanım, ya Rəbb səni kimdən sorum?!
No comments:
Post a Comment