Saturday, March 26, 2011

İsa Məsihin Məsəlləri


Əhdi Cədiddə İsa Məsih bu və ya digər işi, nüansı, fikri, ideyanı anlatmaq üçün məsəllərdən istifadə edir. Əslində buna məsəl demək bir az çətindi, çünki dilimizdə, ədəbiyyatımızda məsəl deyilən janr-özəllik İsa Məsihin istifadə etdiyi və yunancası parabole olan təhkiyə-hekayə-narrative-alleqoriya-didaktika-bənzətmə-simvol olan vasitədən az-çox fərqlənir. 

Rəbb İsa Məsihin istifadə etdiyi məsəllərdən bəzilər çox qısa, bir-iki cümləlik, bəziləri isə əksinə, nisbətən uzundu və bir çoxunda dinilik, alleqoriya elementləri, kontekstə dolayı istinad etmə var, onları müstəqil işlətmək olar, çünki çatdırmaq istədiyi ideyalar hekayətçik-məsəlin özündədi, içindədi – yəni dilimizdə məsəl adlanan deyimlər, sözlər kimi əlavə bir hekayətlə şərhinə və ya əlavə hekayətə birləşdirərək istifadəsinə ehtiyac yoxdu, hərçənd ki, qısa və özəlliklə də simvolik məsəllərin müasir oxucu üçün açıqlanmasına ehtiyac yaranır. Bundan başqa bir çox məsəllərdə bu günkü oxucu üçün olmasa da (kontekstin itirilməsindən və ya oxucuda zəruri fon bilgisi olmadığından) İsa Məsihin müasiri dinləyicilər üçün şokedici özəlliklər var. Ancaq biz bunlara məsəllər deyirik çünki dilimizdə onlara ən bənzər olanı elə məsəllərdi. Bəzi məsəllər çox yığcam, qısa, anlamı tam çıxarmaq üçün düşünmək gərəkdirən  bənzətmələrdi (bu mənada onlar tapmacaya və ya düşüncəni stimullaşdıran söz-fikir oyunlarına bənzəyir). Onların izahı, necə anlaşılması haqqında indiyə qədər də mübahisələr gedir. Aşağıda mən Luka 13:18-20-dən çox qısa iki məsəli gündəliyə yazacam.

“Sonra İsa dedi: “Allahın Padşahlığı nəyə bənzəyir? Onu nəyə bənzədim? O bir adamın bağçasına əkdiyi xardal toxumuna bənzəyir. O toxum böyüyüb ağac olur. Göydə uçan quşlar onun budaqlarında yuva qurur.”
İsa yenə dedi: “Allahın Padşahlığını nəyə bənzədim? O, xəmir mayasına bənzəyir. Qadın onu götürüb üç kisə una qarışdırıb bütün xəmir acıyanadək saxlayır”.”         

Məndən yazmaq. İzahını da siz düşünün.   

No comments:

Post a Comment

gündəlikdə axtarış