Monday, March 8, 2010

Oxumalılar


Bir neçə gün bundan öncə bir başqa şəhərə getmişdim. Yolüstü bir kitab mağazasına girdim və fərqli səbəblərə görə ilkin qiymətindən daha ucuz qiymətə satılan kitablar bölümündə bir müddət ilişib qaldım. Bir neçə kitab aldım. Yəqin aldıqlarımın hamısını oxumağım vaxt alar. Yazmağa bir şey tapa bilmədiyimə görə, o aldığım kitabların adlarını bura yazacam. Gələcəkdə Məsihiliklə maraqlananlarınız olsa, xəbər edər, oxumaq üçün tapıb göndərərəm.
1. Eric O. Springsted “The Acts of Faith: Christian Faith and the Moral Self” Bu kitab inanc anlayışı, onun tarixi gəlişmələrini anladır.


2. “The Trustworthiness of God: Perspectives on the Nature of Scripture. Edited by Paul Helm and Carl R. Trueman” Bu kitabda fərqli yanaşmalardan Müqəddəs Kitab və Allah qavramı arasındakı əlaqə araşdırılır, Qutsal Kitabın güvənilirliyi analiz edilir.

3. “Knowing the Triune God: The Work of the Spirit in the Practices of the Church” edited by James J. Buckley and David S. Yeago. Bu kitabda Müqəddəs Üçlük təliminin mənbələri, bu təlim haqqında bilgilər və onların formalaşması ələ alınır.

4. Oliver Davies “A Theology of Compassion: Metaphysics of Difference and the Renewal of Tradition” Bu kitabda mərhəmət təlimi, onun dini-fəlsəfi kökləri, sevgiylə əlaqəsi araşdırılır.

5. Ronald L. Farmer “Beyond the Impasse: the Promise of a Process Hermeneutic”. Bu topluda Qutsal Kitabı şərh ənənələri, onların müasir dövrdə vəziyyəti və Qutsal Kitabın şərhi ilə bağlı hərəkatlar, metodlar bərkə-boşa çəkilir.

6. Robert K. Johnston “Reel Spirituality: Theology and Film in Dialogue”. Bu kitabda film, film tənqidi və teoloji tənqid, onlar arasındakı əlaqə araşdırılır bir filmi teoloji baxış-bucağından analiz etmənin fərqli yönləri vurğulanır.

7. Robert L. Browning and Roy A. Reed “Forgiveness, Reconciliation, and Moral Change: Motives and Designs for Ministry in a Troubled World”. Bu araşdırma isə çağdaş Kilisədə bağışlama, barışma, əxlaqi cəsarət və onun dini təhsil sistemlərində aşılanması kimi məsələlər öyrənilir.

No comments:

Post a Comment

gündəlikdə axtarış