Sunday, February 16, 2014

Kilisə Nədir





Kilisə bina deyil. Kilisə kütlə də deyil. Kilisə İsa Məsihdə İlahini görmüş, Onun müjdəsinə inanmış və İlahiyə tapınmaq üçün bir araya gələn insan icmasıdır. Əslində kilisənin kilisə olması üçün insanların bir araya gəlməsi də o qədər vacib deyil, baxmayaraq ki, kilisəni görmək, qavramaq üçün ən azından gözlə görünən bir qrupa ehtiyac var.

Kilisə sözü, qədim yunancadakı ekkaleo sözündən törənib. Oradan latıncaya keçib ekklesia olub. Toplantı mənasına gəlir, hərfi mənasına varsaq bir yerdən başqa yerə çağrılmaq anlamında bir məna yükü var bu sözün. Kilisə İsa Məsihin bu dünyadan seçib ayırdığı, özünə doğru çağırdığı, çəkdiyi və bu mənada çağrılmışların toplantısı kimi görülə bilər.  
Kilisənin ikinci anlamına, daha çox Xristian mistik ənənələrində rastlanır. Mistiklərin işlətməsində kilisə İsa Məsihin bədəni, üzvü/üzvləri kimi görülür. Kilisə və ya məsihilər bir arada İsa Məsihi oluşdururlar.
Baxış bucağına bağlı olmadan bütün kilisələrdə ibadət, vəftiz,  edilir, kasıblara yardım verilir, kəbin və matəm mərasimləri olur, çörəkkəsmə ayini həyata keçirilir. Hər ölkənin, tarixi, dini icmalarının xüsusiyyətləri də həmin ölkədəki kilisələrin necəliyini təyin edir. Məsələn, Rusiyada kilisələr məscidlərə bənzəyir. Gedirsən, ibadətini edirsən, ondan sonra da iş bitir. Orada kilisələrin geniş sosial funksiyaları, sosial-içtimai həyatda aktiv yer alamaları az görülür. Bu xüsusiyyət Pravoslav və Katolik kilisələrində geniş yayılıb. Protestant kilisələrində xüsusən də ABŞ-dakı protestant kilisələri əksinə hərəkət edir. Onlar sadəcə ibadət qrupu, yeri kimi deyil, həm də yerli içtimai və sosial həyatda aktiv rolu olan qruplar kimi çalışırlar. Bəzi kilisələrin öz TV kanalları olur, başqalarının öz biznesi var.
Hər hansı bir Məsihi üçün kilisəyə getmək önəmlidi. Bu, özündə Tanrının nəfəsini daşıdığına inanan başqa insanlarla görüşməyə onlarla dərin münasibət qurmağa və ən əsası də İlahiyə kollektiv olaraq tapınmağa fürsət verir.        


No comments:

Post a Comment

gündəlikdə axtarış