Sunday, May 26, 2013

Razısınızmı?



“Uşağa tərbiyə ver, bundan vaz keçmə,
Tərbiyə kötəyi ona ölüm gətirməz.
Əgər sən onu kötəkləsən,
Canını ölülər diyarından xilas edərsən.”
 (Süleymanın Məsəlləri 23:13-14)


Bibliyadan daha bir cümlə (yoxsa ayə?). Hər kəsin razılaşacağını sanmıram. Bəlkə yumşaldıcı şərh etməklə günümüzlə uyğunlaşdırmaq olar, ancaq bu halda belə razılaşmayanların ola biləcəyini təxmin edirəm. Bir yerə qədər bütün dini kitablar həm də təhlükə mənbəyidi. Dar könüllə və dayaz beyinlə oxunduğunda çox fəsadları ola bilər. Özündən əmin olmayan, uğursuz həyat yaşayan bir atanın ya ananın bu fikir Bibliyadadı deyə öz övladlarına qəddar davranmasını, içindəki acığı övladlarına proyeksiya etməsini düşünə bilirəm.
Məhz buna görə bütün müqəddəs kitabları sevgiylə oxumağa və bir az da gerçəkliklə tarazlaşdırmağa ehtiyac var. Əvvəllər bu barədə yazıb-yazmadığımı xatırlamıram, ancaq yazmışamsa, yenə yazmaqda bir qüsur yoxdu: məncə inancla bağlı istənilən norma şərh edilərkən sevgi, mərhəmət və ədalət prinsipiylə yozulmalıdı.
Ancaq sözün düzü, həyatda elə yeniyetmələrə rast gəlmişəm ki, adam bilmir beləsinə hədd qoymağa kötəkdən başqa nə yarayar. Dilimizdəki gönüqalın, boynuyoğun, üzünün suyu tökülmüş ifadələri belələri haqda işlədilir.
Mən özüm heç vaxt kiməsə əl qaldırmağın tərəfdarı olmamışam, ancaq bir az sərt yola əl atdığım olub.

Nəsə. Həyatınızda kötəyə layiq insan olmasın.

No comments:

Post a Comment

gündəlikdə axtarış