Friday, December 16, 2011

Milada Gedən Yol



Bir azdan insanlar Milad bayramını qeyd edəcək. Milad bayramını Rəbbimiz İsa Məsihin insaniləşməsi və cismaniləşməsi ilə bağlasalar da sözügedən bayramın Roma İmperiyasının mədəniyyətindən, həmin dönəmdəki digər bayram və təntənələrdən təsirləndiyi var.


İsəvilər üçün bu bayram Rəbbin və ya İlahinin insaniləşməsini və cismaniləşməsini və ya insan şəkli və insan kimi cism almasını anladır. Milad bayramında kilisələrdə xüsusi ibadət ayinləri keçirilir. İnsanlar bir araya gəlib dua və ibadət edir, şam yandırır və s. bu kimi şeylərlə Onu xatırlayırlar. Milad bayramı həm də mərhəmət, sevgi, bağışlamaq və başqasının bağışlanması və ruhi rifahı üçün təmənnasız yəni xoş niyyətlə əzab çəkməyi xatırladan və bizi buna sövq edən bayramdı. Əgər Miladı qeyd edirsinizsə, onu həmin gün başqası üçün, toplumun ən dibdə olan, ən rədd edilmiş, məzlum olanları üçün kiçicik bir yaxşılıq edin. O yaxşılıq etdikləriniz bunu anlamaya bilər. Ancaq siz balığı atın dəryaya. Balıq bilməsə də xalıq bilər.
Məsələn:
1.     Bir dilənçiylə beş-on dəqiqə söhbət edin, onun ürəyini almağa çalışın. Ona sadəcə bir dilənçi kimi yox, insan kimi yanaşdığınızı hiss etdirin.
2.     Xəstələriniz varsa onlara baş çəkin, onlarla danışın, onlara hədiyyələr verin.
3.     Küsdüklərinizlə barışmağa can atın.
4.     Sahibsiz heyvanları heç olmasa həmin bir gün üçün yedirin, onlara sığıncaq tapın və ya imkanınız varsa, sığınacaq verin.     
5.     Bir saat vaxt ayırıb həyatınızı, özünüzü, başqalarınızı niyə doğulub niyə yaşadığınızı səmimiyyətlər düşünün və Rəbbin Oğlunu sizin həyatınızdakı izlərini tapın.      

No comments:

Post a Comment

gündəlikdə axtarış