Teatr haqda bilgim, sıravi bir teatr tamaşaçısının bilgisindən çox deyil. Bununla belə, geniş mənada səhnələşdirmənin və ya bir şeyi, hekayəti, ideyanı teatrda olduğu kimi səhnə tərtibatı əsasında ortaya çıxarmanın dini təhsil üçün önəmini çoxdan anlamışam və bunu anlamağama, sevməyimə səbəb bir müəllimim olub.
Teatr həvəskarı olan bir müəllimim vardı və adam öz həvəsini dərsinə çevirməyi bacarmışdı. O müəllimdən iki kurs\dərs almışdım. İlk kurs maraqsız oldu, ancaq ikinci kurs məni səhnələşdirmənin dini təhsildə önəminə inandırdı.
Həmin bu ikinci dərsdə\kursda biz Əhdi Ətiqin bəzi hekayələrini səhnələşdirməyə çalışırdıq və bu yolla vəhyi öyrənirdik. Təsəvvür edin ki, siz Qurandakı hekayətləri teatrda oynayacaqmış kimi səhnələşdirirsiniz və sonra da kiçik bir qrup olaraqdan onu dərsdə göstərirsiniz. Sizin kimi, Qurandan eyni heyakəti səhnələşdirən 5-6 adamlıq başqa bir neçə qrup var və hər qrup da biri-birindən təcrüd olunmuş halda, eyni hekayəni səhnələşdirir və sonra da bütün qruplar bir araya gəlib eyni bir gündə, dərsdə o səhnələşdirməni, hekayəni oynayırlar. Daha sonra bütün tələbələr hekayətin burasını niyə belə, orasını nə səbəbə elə qurduqlarını anladırlar, hekayəti, vəhyi göstərilən qrup tamaşalarına və mətnə dayanaraqdan təhlil edirlər. Bu, Vəhyi təhlil etmənin, onu öyrənmənin çox maraqlı, kollektiv, incəsənətlə, təxəyyüllə yoğrulmuş xoş şəklidi. Bibliyadakı və elə Qurandakı hekayələr bir qayda olaraq qısa yazılmış narrativlərdi. Bu hekayələri yazıdan hərəkətə (tamaşaya) keçirəndə insan mətni oxuduğu zaman qarşılaşmayacağı suallarla üz-üzə gəlir və onlara cavab verməli olur, çünki mətndə səhnələşdirmə gözüylə görülə bilən susmalar var. Məsələn, nə Bibliya, nə də Quran İbrahim peyğəmbərin oğlunu qurbanlıq üçün götürdüyü zaman onu necə yerə yatırdığını, əl-qolunu bağladığını anlatmır. Lakin bu hekayəni tamaşaya çevirəndə, yəni onu səhnələşdirəndə istər-istəməz buna bənzər bir sualla qarşılaşırsan və düşünürsən: İbrahim peyğəmbərin oğlunu necə bağlayıb, ümumiyyətlə bağlayıbmı onu? Bunu necə səhnələşdirməli? Bu bağlama səhnəsəni necə, niyə, hansı əsaslarla belə deyil, elə təsəvvür edirik? Bağlama səhnəsini belə göstərsək tamaşaçı bunu necə anlar? Bu səhnəni hansı əsaslarla bu cür göstərə bilərik? Bu suallar bizi mətnə başqa gözlə yanaşmağa çəkir və mətni bu cür öyrənmək onun linqivistik, filoloji, teoloji, tarixi və s. analizində görmədiyimiz yanlarını açır. Başqa sözlə, səhnələşdirmə metodu vəhyi hərəkət(lər) vasitəsilə şərh etmənin potensialını anladır. Yuxarıda verdiyim misala qayıdaq. Bizim sinifdə dörd qrup vardı və bu qrupların hamısı İbrahim peyğəmbərin öz oğlunun əl-qolunu necə bağlamasını biri-birindən fərqli səhnələşdirmişdi. Bir qrupa görə, İbrahim peyğəmbər oğlunu üzü üstə yerə yıxır, oğlunun əllərini övladının arxasından bağlayır. İkinci qrupa görə, İbrahim peyğəmbər oğlunu arxası üstə yıxır, onun gözlərinə uzun müddət baxır və sonra oğlunun gözlərini bağlayıb, daha sonra əllərini bağlayır. Üçüncü qrupun səhnələşdirməsində isə hər şey yağ kimi gedirdi: İbrahimin oğlu özü yerə uzanır, əllərini atasına uzadır, gözlərini yumur ki, atası əllərini bağlasın. Mən hələ, tələbələrin bu həkərət-şərh vasitəsilə səhnələşdirilən vəhyə gətirdikləri simvolikanı (kəndirin rənginə önəm vermək lazımdımı?), dramatikliyi (bu səhnə bir atanın faciəsi kimi, yoxsa Allahın mərhəmətini anladan qələbə hekayəsi kimi hazırlanmalıdı?), vurğunu (mətnin kulminasiyası hardadı və bunu səhnədə necə ifadə etməli) demirəm.Belədə vəhyin susduğu məqamlar gələcək din xadiminin yaradıcı yanaşması, təxəyyül araşdırması üçün fürsətə çevrilir və onu vəhylə, hekayətlə daha dərindən əlaqəyə girməyə çəkir.
Bu da bir təhsil şəklidi. Bu da insan bədənini, hərəkətlərini, oyunlarını və plastikasını tətbiq edərəkdən İlahi sözünü anlamağa bizi vadar edir. Bunu da məncə, bizim Azərbaycanın “ə zəbər ə” sistemiylə çalışan dini təhsil müəssisələrində istifadə etmək lazımdı.
"Beləliklə, qalıcı olan üç şey var: iman, ümid və sevgi. Bunların da ən üstünü sevgidir." (Korinflilərə Birinci Məktub 13:13)
Sunday, August 30, 2009
Cinsi ilhamlar
Nəhayət, Müqəddəs Kitabda cinsəl motivli bənzətmələrlə ilgili yazılarımıza yekun vururuq. Bu yazıları tamamən izləmisinisə, onda seksi motivli bənzətmələrin Qutsal Söyləşidə yer aldığını əminəm artıq bilirsiniz. İndi bu yazılar seriyasına başladığımızda qoyduğumuz suala dönək: niyə cinsəl bənzətmələr? Məncə cinsəl motivli bənzətmələr aşağıdakı səbəblərə görə, Bibliyada yer alır.
1) Anladılanın şiddətini anlatmaq üçün. Seks hər zaman sıradışı bir fəaliyyət sahəsi kimi görülüb. Özəlliklə də qədim Semit mədəniyyətində seks ciddi tənzimləməyə məruz qalan, çox necə deyərlər qıcıqlandırıcı bir şey imiş. İnsanların diqqətini anladılan mövzunun, haqq-hesabın şokedici elementlərinə yönəltmək üçün Bibliyanı yazanlar belə bir üsuldan istifadə edə bilərdi.
2) Anladılanın çoxmənalılığına (polisemiya), mümkün məna yayğınlığına diqqəti çəkmək üçün. Seksi motivli bənzətmələr bir qayda olaraq insanların düşüncələrini həmin metaforun seksual yanlarına yönləndirir. Belə bənzətmələrdə cinsəl elementlər bənzətmənin sadəcə bir tərəfidi, ancaq həm də ən güclü tərəfidi. Cinsəllik necə sirrli, çoxmənalı, təxəyyülə od salan bir qığılcımdırsa, seksi bənzətmələri istifadə etməklə əslində yazarlar metaforu elə o şəkildə, bəzən söylənməyə layiq görmədiyimiz düşüncələr vasitəsilə, şəxsi-intim həyat təcrübəmizi tətbiq edərəkdən soruşdurmamızı istəyirlər. Bunu belə də söyləmək olar: bu cür bənzətmələri işlətməklə yolverilən-yolverilməz, tabu, günah və qeyri-günah, bunlar arasındakı sərhəddin yayğınlığı, birinin digərinə keçə bilmə ehtimalı diqqət mərkəzinə çəkilir. 3) Şəxsilik və yaxınlıq özəlliyinin vurğulanması üçün. Seks münasibətləri, əgər o münasibət fahişəlik, birdəfəlik, təsadüfi deyilsə, iki insan arasında özəl bir yaxınlıq tələb edir. Qəlb yaxınlığı ilə cism yaxınlığı məhz bu cür münasibətlərdə tamamlanır. Cinsəllik iki insanın biri-birinə içdən və tam açılması, özünü verməsi potensialını içərdiyinə görə, bu potensialın sui-istifadə edilməsi (intensiv təsadüfi əlaqələr), və ya içdən yaxınlıq məqsədi olmadan cismini pula satmaqla yaxınlıq etmək (fahişəlik) şəxsiyyətin çökməsinə yol aça bilər. Bunları gözə alsaq, seksi bənzətmələr İlahi-insani münasibətlərdə həm dərin yaxınlığa dəvət edir, həm də bu münasibətlərin sui-istifadəsi zamanı baş verməsi mümkün təhlükələr haqda xəbərdar edir.Bu cür səbəbləri uzatmaq olar. Ancaq məncə yuxarıda bəhs etdiklərim əsas səbəblər olaraq görülə bilər.

bütpərəstlik fahişəlik kimi - 7
Sonuncu olaraq bəhs etdiyim seksi bənzətmə bütpərəstliklə bağlıdı. Bütpərəstlik, daha doğrusu əski İsraillilərin ətraflarındakı başqa xalqların, ölkələrin bütlərinə tapınması və bunun siyas konteksti fahişəliyə bənzədilir və kifayət qədər açıq-saçıq təsvir edilir. Gerisini özünüz oxuyun və yozun (Yezekiel 23:1-30). Belə yerdə deyirlər şərhə ehtiyac yoxdu...
1. Mənə Rəbbin bu sözü nazil oldu:
2. «Ey bəşər oğlu, eyni ananın qızları olan iki qadın var idi.
3. Onlar cavanlıqlarında Misirdə olarkən fahişəlik etdi. Onların döşləri orada əlləşdirildi, qızlıq sinələrinə orada əl sürtüldü.
4. Bu qadınlardan böyüyünün adı Ohola, bacısınınkı isə Oholiva idi. Onlar Mənimki oldu, oğullar və qızlar doğdu. Ohola Samariyaya, Oholiva Yerusəlimə verilən addır.
5. Ohola Mənimki olarkən fahişəlik etdi. Oynaşları olan qonşu Aşşurlulara aludə oldu.
6. Onların hamısı mavi paltar geyinmiş valilər və başçılar, cazibədar cavanlar, atlara minmiş adamlar idi.
7. Onlarla fahişəlik etdi. Onların hamısı Aşşurun ən seçmə adamları idi. Ohola kimə aludə oldusa, onun bütün bütləri ilə özünü murdar etdi.
8. Misirdə başladığı fahişəliyindən əl çəkmədi. Çünki cavanlığında onunla yatmışdılar, qızlıq sinəsinə əl sürtmüşdülər, şəhvətlərini onun üstünə tökmüşdülər.
9. Buna görə də onu aludə olduğu oynaşlarına – Aşşur övladlarına təslim etdim.
10. Onlar Oholanın ayıbını açdı, oğullarını və qızlarını əlindən aldı, özünü isə qılıncla öldürdü. O, qadınlar arasında rüsvay oldu, onun hökmünü yerinə yetirdilər.
11. Onun bacısı Oholiva bunu gördü, amma Oholivanın şəhvəti daha qızğın, fahişəliyi bacısından daha betər idi.
12. O da qonşuları Aşşur övladlarına – valilərə və başçılara, dəbdəbə ilə geyinmiş, atlara minmiş adamlara aludə oldu. Onların hamısı cazibədar cavanlar idi.
13. Mən gördüm ki, o da murdarlanıb və hər iki qadın eyni yolu gedir.
14. Oholiva get-gedə fahişəliyini artırdı, çünki divara oyulmuş insan təsvirlərini –
15. bellərinə qurşaq, başlarına böyük çalma bağlamış Xaldeylilərin qırmızı rəngli şəkillərini gördü. Onların hamısı əsillərinə görə Xaldey ölkəsindən olan Babil zabitlərinə bənzəyirdi.
16. Oholiva görən kimi onlara aludə oldu və onların yanına – Xaldey ölkəsinə qasidlər göndərdi.
17. Babil övladları Oholivanın yanına, işrət yatağına gəlib şəhvətləri ilə onu murdarladı. O onlarla murdar olandan sonra onlardan iyrəndi.
18. O, fahişəliyini göstərəndə, ayıbını açanda ürəyim bacısından iyrənən kimi ondan da iyrəndi.
19. Misir torpağında fahişəlik etdiyi gənclik çağını yada salıb fahişəliyini daha da artırdı.
20. Cinsiyyət üzvü eşşəyinki kimi, toxumları ayğırınkı kimi olan oynaşlarına aludə oldu.
21. Beləcə sən gənclik çağında etdiyin pozğunluğa qayıtdın. O zaman Misirlilər sənin sinənə əl sürtərək cavan döşlərini əlləşdirirdi.
22. Buna görə də, ey Oholiva, Xudavənd Rəbb belə deyir: “Bax özünün də iyrəndiyi oynaşlarını sənə qarşı təhrik edəcək, hər tərəfdən sənin üstünə gətirəcəyəm.
23. Babillilərlə bütün Xaldeyliləri, Peqod, Şoa və Qoa xalqını, bütün Aşşurluları gətirəcəyəm. Onlar cazibədar cavanlar, valilər, başçılar, zabitlər və məşhur adamlardır. Hamısı da atlara minib.
24. Onlar silahlarla, müharibə və yük arabaları ilə, çoxlu xalqdan ibarət qoşunla üstünə gələcək, sipərlə, qalxanla və dəbilqə ilə hər tərəfdən sənə qarşı düzüləcəklər. Hökm etmək ixtiyarını onlara verəcəyəm, öz hökmlərinə görə səni mühakimə edəcək.
25. Qısqanclığımı sənə qarşı çevirəcəyəm, səninlə qəzəblə rəftar edəcəklər. Burnunu və qulaqlarını kəsib salacaqlar, sağ qalanların qılıncla həlak olacaq. Oğullarını və qızlarını əsir alacaqlar, sağ qalanlarını od yandırıb məhv edəcək.
26. Sənin paltarlarını soyunduracaq, gözəl bəzəklərini alacaqlar.
27. Beləcə Misir torpağından gətirdiyin pozğunluğuna və fahişəliyinə son qoyacağam. Bu şeylərin artıq həsrətini çəkməyəcək, daha Misiri yada salmayacaqsan”.
28. Çünki Xudavənd Rəbb belə deyir: “Səni nifrət etdiyin adamlara, özünün də iyrəndiyi adamlara təslim edəcəyəm.
29. Onlar səninlə nifrətlə rəftar edəcək, bütün zəhmətinin bəhrəsini əlindən alacaq, səni lüt və çılpaq qoyacaq. Beləcə fahişəliyinin ayıbı üzə çıxacaq. Pozğunluğun və fahişəliyin bunları sənin başına gətirdi, çünki başqa millətlərlə birgə fahişəlik etdin, onların bütləri ilə murdar oldun.

Xəyanət - 6
Bibliyada seks həm də başqa yöndən (qarışıq – mənfi) bir bənzətmə kimi işlədilir. Buna misal olaraq xəyanəti göstərmək olar. Haşiyə çıxaraq qeyd edim, Əhdi – Ətiqdə İlahi ilə ibranilər, daha doğrusu qədim yəhudilər arasındakı münasibətləri anlatmaq üçün işlədilən bənzətmələrdən biri məsələn, Allahın İsrailin atası olmasıdı. Nadirən də olsa İlahi İbranlərin anası kimi təsvir edilir.
Ancaq bir sıra bənzətmələrdə dolayısı ilə İsrailin Allaha xəyanət etməsindən bəhs edilir və kontekstə görə, söhbət arvadın ərinə xəyanəti kimi bir üzdöndərmədən gedir. Başqa sözlə deyilsə, İsrail qadın, İlahi ər kimi verilir (Huşə 1:1-3, 3:1-4 və s.). Belədə seks deyil, sekslə ilişkisi olan başqa bir münasibət (xəyanət -əxlaqsız seksin bir şəkli) bənzətmənin kökündə durur. Lakin xəyanət ancaq o zaman xəyanət olur ki, o iki şəxsin arasında bu haldan öncə mövcud müəyyən səciyyəli cinsəl bağın, yaxınlığın pozulmasını içərir. Belə bir yaxınlıq yoxdusa, onda həmin cinsəl bağdan kənara çıxan seksi davranış xəyanət kimi görülməz. Sözügedən bənzətmədə İsraillilərin bütpərəstliyə yuvarlanması ər-arvad arasındakı xəyanəttəki göstərilir.

Ürək sünnəti - 5
Müqəddəs Kitabda rast gəlinən maraqlı və uzaqdan – uzağa cinsəlliyə işarə edən daha bir metafor ürək sünnətidi (Qanunun Təkrarı 10:16, Kolossalılara 2:11, Romalılara 2:28-29 vs.). Kişilərin sünnət edilməsi Musəvilikdə çox önəmli ayin olsa da, ara-sıra Əhdi-Ətiqdə cismin deyil, ürəyin sünnət olunması vurğulanır. Yəqin bu sünnət ənənəsinin yəhudilərdə olduğunu anlatmaq üçün kifayət edər.
Sünnətin musəvilikdə nə anlama gəlməsi bir az qəlizdi, ancaq Bibliyaya görə bu İbrahim peyğəmbərlə başlayır və İlahi ilə İbranilər arasındakı əhdin simvolu, möhürü idi. Sünnət Əhdin bir parçası kimi Tanrının verdiyi şəriətə riayət etməyi də içinə alırdı. Zaman keçdikcə, İlahinin Əhdi üçün zahiri deyil, daxili dəyişikliyin, daxilən İlahi öyrətisinə riayət etmək üçün arzu və iradənin olması vurğulanır. Bununla belə, Musəvilikdə zahiri sünnət qalır və ona bu günə qədər də riayət edirlər.
Xristianlıqda vəziyyət dəyişir. İsəviliyə görə, zahiri sünnət ümumiyyətlə önəmli deyil, çünki bunun Əhdi-Ətiqdəki şəriətə münasibətdə arzuolunmaz nəticələri olur və zahirən sünnətlənib, daxilən onun anlamına uyğun yaşamamaq İlahidən bizi uzaqlaşdırır. Önəmli olan ürəyin sünnətidir. Ürəyin sünnəti üçün isə zahiri sünnətə ehtiyac yoxdu. Ürəyin sünnəti Məsihilikdə bir sıra şeylərlə yanaşı Məsihin öyrətilərinə uyğun yaşamaq, İlahini sevmək və bu öyrətiləri canımıza hopdurmağı bildirir.

şəriəti necə boş(l)amalı - 4
Paulosun Romalılara yazdığı məktubda uzaqdan uzağa da olsa arxasında seks gizlənən bir bənzətmə işlədilir. Həmin məktubda Paulos bir çox şeylərdən danışır, bunlardan biri də inanclının İsa Məsih kontekstində yəhudi dini qanunlarıyla və ya Yəhudi Şəriətilə əlaqəsidi (Romalılara 7:1-6). Həvari demək istədiyini anlatmaq üçündolayısıyla boşanmadan bəhs edir. Boşanma özlüyündə seksi bir şey deyil, ancaq bir sosial institut kimi boşanmadan öncəki münasibətlərdə cinsəllik olduğunu da ifadə edir. Boşanma məhz potensial seksilik içərən (və ya belə olduğu hesab edilən) münasibətlərin bitməsi deməkdi. Ona görə də bu parça haqda yazmaq istədim.
İndi məktuba dönək. Həvarinin verdiyi bənzətmə qarışıqdı və bu qarışıqlığı görmək istəyən yuxarıda göstərdiyimiz parçanı oxuyar. Ümumilikdə həvari Paulos yəhudi dini qanunlarını (şəriətini) ərə, məsihilərin isəvi olmazdan öncəki vəziyyətini ərli qadına (yoxsa dolayısıyla ərə? – qarışıqlıq burdadı) bənzədir və deyir ki, ərli qadının əri öldükdən sonra o necə əriylə cinsəl bağlardan, ərinə xəyanət təhlükəsindən azad olursa, İsa Məsihin bədəni vasitəsilə də məsihilər beləcə şəriət üçün ölmüşlər ki, Ölümdən Dirildilənə məxsus ola bilsinlər. Bənzətmədə ölən ərdi və ailəlik görəvindən azad olan dul qalmış qadındı. Lakin həvari bənzətməni açmağa çalışanda ölən məsihi olur (o zaman dul qalmış şəriət mi olur?). Qarışıqlıq (və ya qarışıqlıq kimi görünən) əslində İsəvilikdəki ölmək və dirilmək mövzusuyla sıx bağlıdı. Lakin izninizlə detallara girməyək.
Qısaca onu qeyd edək ki, ailə-cinsəllik-xəyanət mövzunu dolayısıyla içərən bu bənzətmə yeganə deyil Əhdi Ətiqdə də belə bənzətmələr var.

Yalnız insanlar öpüşmür - 3
Yəqin deyəcəksiniz ki, bilirik heyvanlar da öpüşür və ya biri-birilərini imsiləyirlər. Bəlkə bəzi heyvanlarda görmüsünüz. Yox, lütfən, postu oxumamış yanlış fikir təndirinə düşməyin. O təndirə düşməyə hələ çox vaxtınız olacaq.
Əhdi – Ətiqə görə tam anlamasaq da, gerçəkliyini inkar edə bilmədiyimiz şeylər də öpüşür, məsələn əmin-amanlıq. Kimlə öpüşə bilər əmin-amanlıq? 85-ci Məzmurda bu belə açıqlanır: “Məhəbbətlə həqiqət bir-birinə qovuşacaq, Salehliklə əmin-amanlıq bir-biri ilə öpüşəcək” (Məzmurlar 85:10). Göründüyü kimi, məhəbbət elə özü kimi anlayışlar toruna düşməyən həqiqətlə qovuşurmuş, salehlik isə əmin-amanlıqla öpüşürmüş. Yox, ağlınıza orgiya – filan gəlməsin! Əmin-amanlıq, həqiqət, salehlik, məhəbbət bunlar bir az mücərrədliyə malikdi. Ancaq Qutsal Kitab bunları da öpüşdürür. Öpüş bir çox hallarda müəyyən yaxınlığı ifadə edir. Yəqin məzmurun söyləmək istədiklərindən biri məhəbbətlə həqiqət, salehliklə əmin-amanlıq arasında qırılmaz daxili əlaqənin olmasıdı. Görən belə mücərrəd şeylər öpüşəndə necə olur? Bu nəyi bildirir? Bunu necə təsəvvür etmək olar?

İlahi, cismi, cinsi - 2
Qutsal Kitabda seksi təxəyyülü içinə alan, lakin qeyri-seksi münasibətdən bəhs edən daha bir haqq-hesab Tanrının bilavasitə özü, onun insan dünyası ilə bir hadisə çərçivəsində girdiyi əlaqədən qaynaqlanır. Allah İsəvilikdə Ata, Oğul və Müqəddəs Ruh kimi anladılır. Oğul atadan olar. İsa Məsih İlahinin oğlu olduğuna görə, belə çıxır ki, Atanın belindən gələn və Məryəmdə bəşəriləşib (cismaniləşib) insaniləşən Odur.
Lakin bu seksi çalarlı təxəyyül bir də bunu Loqosun - əqlimizin işığına gətirir ki, Əgər Allah İsa Məsihin atasıdırsa, və əgər İsa Məsih həm də Məryəm Ananın oğludursa, o zaman müsəlman üstəgəl Azərbaycan qaydasınca desək, dilim-ağzım qurusun, qulaqlara qurğuşunJ, Allahla Məryəm arasında bir seksi münasibət olub. Nə müqəddəs yazılar, nə də kilisə şərh ənənəsi bu motivi o həddə qədər gəlişdirmir, çünki ilahi söyləm özü buna o qədər əsas vermir. Ümumi izah belədir ki, İsa Məsih Müqəddəs Ruh – Tanrının Nəfəsi-eqosu vasitəsilə Məryəm Anadan doğulub. Necə deyərlər, arada insansayağı “ikisi bir köynəkdə” məsələsi olmayıb. İlahi ilə insan arasında hərfən cinsəl münasibət olduğunu və İsa Məsihin də bundan doğulduğunu iddia etmək Məsihilikdə ən yaxşı halda ədəbsizlik və İlahi mistikaya hörmətsizlik sayılır. Lakin elə isə, niyə cinsəl təxəyyül istifadə edilir? Bu suala çox ümumi və dolayı şəkildə və bu seriya ilə bağlı sonuncu postda cavab verəcəm, ancaq məsələnin incəliklərinə varmaq istəmirəm, çünki bunun üçün geniş konteksti bilmək tələb olunur: onu da bura yazacaq deyiləm. Qısaca onu qeyd edim ki, Allahın oğlu söz birləşməsi Xristianlıqdan əvvəl də mövcud idi. Ancaq bu sözün arxasındakı ideya və vəhy İsa Məsihdə ən yüksək inkişaf nöqtəsinə çatır.

Gəlinin gözü yolda (1)
Sekslə bağlı təxəyyülü içinə alan bənzətmələrdən biri İsa Məsihlə kilisə arasındakı münasibətlərin İncildəki təsvirində işlədilir. Ümumiyyətlə, Bibliyada qeyri-cinsi münasibətləri, hadisələri və s. anlatmaq üçün istifadə edilən cinsi münasibət/seks metaforu, bənzətməsi bir qayda kimi açıq, birbaşa yox, dolayı verilir. Başqa sözlə, seksual münasibətlərin motiv kimi əsasında durduğu bütün bənzətmələrdə seksual münasibəti də içinə alan başqa bir sosial institutdan, ənənədən, davranış və ilişkidən söhbət gedir.
Bunlara misal olaraq nikah - evlilik, fahişəlik, xəyanət, bakirəlik, sünnət və s. bu kimi motivləri göstərmək olar. Sözügedən təcrübə və rituallar özləri çılpaq seks olmasa da seksual münasibətləri içərən və ya buna yönəlik sosial əlaqələr, adət və ənənələrdir.Buna səbəb odur ki, Müqəddəs Kitabda mücərrəd, içtimai münasibətlərdən və dəyərlərdən kənarda var olan seks yoxdu. Seks hər zaman bir geniş kontekstlə əlaqədədi: ya evlilik, ya fahişəlik, ya nikah, ya insest, ya da başqa bir şey. Kilisə və İsa Məsih arasındakı münasibətin seksual motivli bənzətmələrlə anladılması da bu kontekstdə görülməlidi. Bibliyaya görə, Kilisə İsa Məsihin nişanlısı, sevgilisi, gəlinidi. Bu mənada İsa Məsih bəy və ya ər, kilisə isə qadın, gəlin, sevgilidi. Özü də elə-belə qız deyilmiş Kilisə. Həvari Paulos bir də onun bakirəliyinə işarə edir. Kilisə İsa Məsihlə qovuşmağın həsrətini çəkir. İsa Məsih ikinci gəlişində sevgilisini almaq üçün təşrif buyuracaq. Alıb hara gedəcək, neyniyəcək...bu haqq-hesab artıq sizin təxəyyülünüzə, inancınıza qalıb. İncillərə görə, İsa Məsih Kilisəni sevir və Kilisə üçün yerə gəlib: bu anlamda Kilisə Məsihə inanan bütün insanları bildirir. Gəlin/nişanlı – bəy/sevgili bənzətməsi digər qeyri-cinsi münasibətləri də ifadə etmək üçün işlədilir.

Qutsallığın dolanbacları: və ya XXY haqqında
Dünyanın bir çox dinlərində, bir çox müqəddəs hesab olunan və ya
müqəddəs adına iddialı kitablarında hamımızın bildiyi və özümüzü
anladığımız yaşdan marağında olduğumuz bir insan özəlliyi fərqli
yönlərdən, fərqli məqsədlərlə və fərqli şəkillərdə işıqlandırılar.
Həmin bu nəsnənin adı seksdir. Və ya daha abırlı, üzünün suyu sel
kimi axan amma tökülüb bitməmiş görünmək istəyən varsa, cinsəl
həyat deyə bilər.
Görən niyə belə olub? Fərqli səbəblərə görə. Seks insan enerjisinin, emosiyalarının və insan yaxınlığının ən kəskin, ən çılpaq, ən düzünəqulu təzahürüdü deyə bilərəm. Seks toplumlarda ən çox qadağan olunan və ya əxlaqi-mənəvi, dini və s. qaydalarla ən çox nizamlanmasına cəhd edilən bir insan yönüdü, fəaliyyətidi, özəlliyidi. Seks bir çox dindarların ayağını qıran onları İlahidən uzaq salan və bir çox başqa inanclıların ayağına qüvvət verən, onları İlahiyə götürən yolda gücləndirən bir bədən-ruh gərginliyi, yumşalmasıdı. Dini kitabları yazanlar da seksin bu gücündən xəbərdar olublar. Odur ki, dini kitablarda seks haqqında və ya seksual motivli fərqli fikirlər, ideyalar var. Bundan sonrakı bir neçə postda Bibliyadakı belə özəlliklərin bəzilərinə göz gəzdirəcəyik. Ancaq çoxlarımıza əxlaqsız görünən və qutsal söyləşiyə yaraşdırmadığımız, bəzilərimizə basıb-boğduğumuz şəhvətli xəyalları canlandırmaq üçün icazə-fürsət kimi gələn, azımıza da İlahiyə yaxınlaşmaq üçün mistik - intim yol olan bu bənzətmələri, motivləri və s. gündəlikləməzdən öncə iki balaca qeydi söz xəritəsinə salaq. Qutsal söyləm seksdən fərqli kontekstdə və fərqli səviyyələrdə bəhs edir. Bunları iki qrupa bölmək olar: 1) İnsan-insan münasibətində seksual haqq-hesablar. Buraya sekslə bağlı qaydaları, qadağaları, ayrı-ayrı hekayələrdə keçən seksual elementləri, konkret insan seksi praktikası ilə əlaqədar hər şeyi qoyaq. 2) mahiyyətcə, və ya çoxluğa görə mahiyyətcə qeyri-seksi münasibətlərin ifadəsi üçün işlədilən seksual motivlər, bənzətmələr.
Məni ikinci qrup haqq-hesab maraqlandırır. Məhz bu qrupda
Tanrının gücü, təvazökarlığı və övladlarını özünə çağırmaq
üçün çıxdığı oyunlar insan varlığının yalançı əxlaq kirindən
yaranan senzuranı az-çox aşa bilir. Daha bir kiçik qeyd: bu
yazılarda məqsəd seksual motivlər barədə ətraflı bilgi vermək deyil,
sadəcə onların mövcudluğunu göstərməkdi. Dərinə getmək istəyənə
uğurlar. Gələn postdan başlayırıq. İzləyənlərə də uğurlar.

Subscribe to:
Posts (Atom)